Ana Səhifə
Vakansiyalar

İş icraçısı

İş icraçısı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 16 fevral 2026

Son Tarix: 10 mart 2026

Təsvir

İş şəraiti

  • İş yeri: Bakı

  • İş qrafiki: Tam ştat (6 gün iş / 1 gün istirahət)

  • Əmək haqqı: Müsahibə əsasında (təcrübə və bacarıqlara görə)

Vəzifə öhdəlikləri:

  • HVAC, MEP və ümumi tikinti sahələri üzrə texniki işlərin yerində təşkili və icrasına nəzarət

  • İş görüləcək ərazilərdə işin səliqəli, ardıcıl və texniki tələblərə uyğun icrasının təmin edilməsi

  • İş prosesinin düzgün təşkili, dəqiq planlama və iş ardıcıllığının müəyyən olunması

  • İşçi heyətinin (usta, texnik və s.) koordinasiyası, tapşırıqların verilməsi və icrasına nəzarət

  • Görülən işlər üzrə gündəlik və aylıq hesabatların hazırlanması

  • Material və avadanlıqlara olan tələbatın əvvəlcədən planlanması və rəhbərliyə bildirilməsi

  • Əmək və texniki təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət

  • Sifarişçi və obyekt nümayəndələri ilə operativ və peşəkar əlaqənin saxlanılması

Tələblər

  • Ali və ya orta ixtisas təhsili (texniki sahə üzrə üstünlükdür)

  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi

  • Tələbkar, məsuliyyətli və işə ciddi yanaşan olmaq

  • İşin təşkili və planlanması bacarığı, obyektlərdə nizam-intizam və səliqənin təmin edilməsi

  • Texniki sənədləri və çertyojları oxuma bacarığı

  • HVAC / MEP / ümumi tikinti sahələrinin hər üçü üzrə bilik və təcrübənin olması böyük üstünlükdür

  • Komandada işləmə və operativ qərarvermə bacarığı

  • MS Office proqramlarında işləmək bacarığı

  • Rus və İngilis dillərini bilməsi arzuolunandır

  • B və C kateqoriyalı sürücülük vəsiqəsi – üstünlükdür

Biz təklif edirik:

  • Stabil və uzunmüddətli iş

  • Peşəkar mühəndis və texniki komandada çalışma imkanı

  • Karyera və inkişaf perspektivi

  • Layihə və nəticəyə əsaslanan əlavə mükafatlandırma imkanı

Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8803

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya