HVAC Mühəndisi / Usta
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 16 fevral 2026
Son Tarix: 10 mart 2026
Təsvir
İş şəraiti
İş yeri: Bakı
İş qrafiki: Tam ştat (6 gün iş / 1 gün istirahət)
Əmək haqqı: Müsahibə əsasında (təcrübə və bacarıqlara görə)
Vəzifə öhdəlikləri:
HVAC (isitmə, havalandırma və kondisionerləşdirmə) sistemləri üzrə texniki xidmət, diaqnostika və təmir işlərinin yerində həyata keçirilməsi
Çiller, VRF/VRV, split, rooftop, AHU, fan-coil və digər HVAC sistemlərində praktik işləmək
Mexaniki və elektron nasazlıqların aşkarlanması, kompüter diaqnostikasının aparılması
Avadanlıqların sazlanması, işə salınması (commissioning) və test edilməsi
Ehtiyat hissələrini (sensorlar, platalar, kontaktorlar, klapanlar, kompressor hissələri və s.) tanıması və onların düzgün seçilməsi
Obyektlərdə görülən işlərin texniki tələblərə uyğun və səliqəli icrasının təmin edilməsi
Texniki təhlükəsizlik və istismar qaydalarına riayət edilməsi
Görülən işlər üzrə qısa texniki hesabatların təqdim edilməsi
Tələblər
HVAC sahəsində real praktik təcrübə (usta səviyyəsində)
HVAC sistemləri üzrə diaqnostika, təmir və sazlama bacarığı
Elektron idarəetmə lövhələri, sensorlar və avtomatika ilə işləmə bacarığı
Kompüter vasitəsilə diaqnostika proqramları ilə işləmə təcrübəsi
Fiziki sahə işlərinə hazır olmaq
Məsuliyyətli, tələbkar və işinə ciddi yanaşan olmaq
Komandada işləmə və operativ qərarvermə bacarığı
HVAC sahəsi üzrə ixtisasartırma təlimlərində iştirak etmiş olması və ya müvafiq sertifikatlara malik olması üstünlükdür
Rus və İngilis dillərini bilməsi üstünlükdür
B və C kateqoriyalı sürücülük vəsiqəsi – üstünlükdür
Biz təklif edirik:
Stabil və uzunmüddətli iş
Sənaye və kommersiya obyektlərində real praktik layihələr
Peşəkar və texniki mühit
Təcrübə və performansa əsaslanan əlavə gəlir imkanı
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Alutech
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8802
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə