İş şəraiti
İş yeri: Bakı
İş qrafiki: Tam ştat (6 gün iş / 1 gün istirahət)
Əmək haqqı: Müsahibə əsasında (təcrübə və bacarıqlara görə)
Vəzifə öhdəlikləri:
HVAC (isitmə, havalandırma və kondisionerləşdirmə) sistemləri üzrə texniki xidmət, diaqnostika və təmir işlərinin yerində həyata keçirilməsi
Çiller, VRF/VRV, split, rooftop, AHU, fan-coil və digər HVAC sistemlərində praktik işləmək
Mexaniki və elektron nasazlıqların aşkarlanması, kompüter diaqnostikasının aparılması
Avadanlıqların sazlanması, işə salınması (commissioning) və test edilməsi
Ehtiyat hissələrini (sensorlar, platalar, kontaktorlar, klapanlar, kompressor hissələri və s.) tanıması və onların düzgün seçilməsi
Obyektlərdə görülən işlərin texniki tələblərə uyğun və səliqəli icrasının təmin edilməsi
Texniki təhlükəsizlik və istismar qaydalarına riayət edilməsi
Görülən işlər üzrə qısa texniki hesabatların təqdim edilməsi