İR üzrə Biznes Tərəfdaş
Tam Ştat
Orta Səviyyə
1.800 AZN-dən
Yerləşdirilib 12 fevral 2026
Son Tarix: 11 mart 2026
Təsvir
Ali təhsil müvafiq sahədə;
İR sahəsində ən azı 3 il iş təcrübəsi;
Azərbaycan dili sərbəst, ingilis dili-yaxşı səviyyədə;
Microsoft Office bilikləri- yüksək səviyyədə Excel bilikləri ;
Analitik düşüncə,hesabatlılıq səriştələri;
Əmək qanunvericiliyi bilikləri.
Əsas öhdəliklər:
Təyin olunmuş biznes bölmələrində işçilər və rəhbərlik üçün insan resursları proseslərində vahid əlaqələndirici şəxs və vasitəçi rolunu oynamaq; Biznes liderləri ilə güclü əlaqələr qurmaq, onların ehtiyaclarını və tələblərini anlamaq, bizneslərin ehtiyaclarına uyğun HR strategiyalarını inkişaf etdirmək üçün onlarla əməkdaşlıq etmək.
Şirkət üzrə işə qəbul prosesinin həyata keçirilməsi-daxil olan müraciətləri təhlil etmək və səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri müsahibə mərhələsinə dəvət etmək;
Namizədlərlə ilkin müsahibələri keçirmək, müsahibə nəticələri barədə namizədlərə lazımi məlumatlar vermək,müvafiq vəzifələr üzrə işə qəbul edilmiş namizədlərə sənəd siyahısı verərək sənədləşməyə yönləndirmək;
İR üzrə siyasət və prosedurlarının tətbiqi və riayət olunmasına nəzarət etmək;
Struktur-bölmələrin əməkdaşları arasında davamçıların (successor-ların) müəyyən olunması və inkişaf etdirilməsi prosesinin həyata keçirilməsinə dəstək və kordinasiya;
Komanda ruhunun yüksəldilməsi, iş fəaliyətində effektivliyin artırılması və əməkdaşların şirkətə bağlılığının təmin edilməsi üçün xidmət göstərdiyiniz strukturların heyəti ilə sıx əməkdaşlıq;
Görülən işlərlə bağlı həftəlik, aylıq hesabatlar hazırlamaq və rəhbərinə təqdim etmək.
İş şəraiti:
İş yeri – NZS;
6 günklük iş qrafiki, 6 cı günlər qısaldılmış iş günü;
Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
Əmək haqqı 1800-2000 Azn.
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi göstərilən elektron poçt ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Zeytun Pharmaceuticals
Manufacturing
Zeytun Pharmaceuticals Azərbaycanın qabaqcıl farmasevtika şirkətlərindən biridir və yüksək keyfiyyətli dərman vasitələri, tibbi preparatlar və səhiyyə məhsulları istehsal etməklə ölkənin sağlamlıq sektoruna mühüm töhfə verir. Şirkət müasir texnologiyalar, beynəlxalq standartlara uyğun istehsal prosesləri və elmi-tədqiqat yanaşması ilə fəaliyyət göstərir, bu da onun məhsullarının etibarlılığını və effektivliyini təmin edir. Zeytun Pharmaceuticals həm yerli bazarda, həm də regional miqyasda müştərilərin ehtiyaclarına cavab verən geniş məhsul portfelinə malikdir və səhiyyə sisteminin inkişafına dəstək olmaq məqsədi ilə tibbi keyfiyyət və təhlükəsizlik standartlarını daim yüksəltməyə yönəlmişdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8475
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+