İnzibati işlər departamentinin rəhbəri
Tam Ştat
Orta Səviyyə
2.000 AZN-dən
Yerləşdirilib 12 fevral 2026
Son Tarix: 12 mart 2026
Təsvir
AZERA Holding MMC tərkibindəki klinikalardan birində İnzibati işlər departamentinin rəhbəri vakansiyasını elan edir!
Vəzifə öhdəlikləri:
Təsərrüfat şöbəsinin müdiri təsərrüfat xidmətini, tibb təşkilatının yerləşdiyi bina və tikililərin istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına uyğunluğunu, eləcə də avadanlığın (liftlər, işıqlandırma, istilik sistemi, ventilyasiya və s.) sazlığına nəzarəti təmin edir.
Əsas fondların (binalar, su təchizatı, hava xətti və digər qurğular) cari və əsaslı təmir planlarının işlənib hazırlanmasında, təsərrüfat xərclərinin smetasının tərtibində iştirak edir.
Tikililərdə təmirin aparılmasını təşkil edir, təmir işlərinin yerinə yetirilməsinin keyfiyyətinə nəzarəti həyata keçirir.
Tibb təşkilatının struktur bölmələrini mebellərlə, təsərrüfat inventarları ilə, mühəndis və idarəetmə əməyinin mexanikləşdirilməsi vasitələri ilə təmin edir, onların qorunmasına və təmirinin vaxtında aparılmasına müşahidəni həyata keçirir.
Xidmətlər göstərilməsi, dəftərxana ləvazimatları, lazımi təsərrüfat materialları, avadanlıq və inventarların əldə edilməsi və saxlanılmasına müqavilələrin bağlanılması, eləcə də onların xərclərinin uçotunun aparılması və müəyyən olunmuş hesabatın tərtib edilməsi üçün zəruri sənədləri rəsmiləşdirir, struktur bölmələrini onlarla təmin edir.
Təsərrüfat məqsədləri üçün ayrılmış material və vasitələrin rasional sərfinə nəzarət edir.
Şirkətin inzibati-təsərrüfat işlərinin təşkili və nəzarəti
Ofis və obyektlərin texniki vəziyyətinə nəzarət edilməsi
Cari təmir işlərinin təşkili və icrasına nəzarət
Təsərrüfat mallarının, inventarların və avadanlıqların uçotu və saxlanmasına nəzarət
Anbar qalığının izlənilməsi və vaxtında təminatın təşkili
Kommunal xərclərə və ödənişlərə nəzarət
Təmizlik və xidmət heyətinin işinə nəzarət
Təchizatçılarla danışıqların aparılması və müqavilələrin icrasına nəzarət
Şirkət əmlakının qorunmasının təmin edilməsi
Rəhbərliyə aylıq hesabatların təqdim olunması
Təsərrüfat xərclərinin optimallaşdırılması ilə bağlı təkliflərin verilməsi
Tələblər
Ali təhsil
İnzibati idarəetmə, təsərrüfat və ya əməliyyatların təşkili sahəsində sertifikatlar üstünlükdür
Müvafiq sahə üzrə 1,5-3 il iş təcrübəsi;
Azərbaycan dili səlis, Rus dili üstünlükdür;
Maliyyə hesabatlarını bilməli
MC Ofiice proqramlarında sərbəst işləmək;
Təmkinli və səbirli olması vacibdir
Məsuliyyətli və intizamlı
Təşkilatçılıq bacarığı
Operativ qərarvermə bacarığı
Komanda ilə işləmək bacarığı
Kişi (30 yaş +)
İş şərtləri:
Əmək haqqı: 2000 Azn
Həftə içi 09:00-18:00 Şənbə günü 09:00-14:00
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
CV-nizi “İnzibati işlər departamentinin rəhbəri” mövzusu, şirkətin adı qeyd olunmaqla qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Azera Holding
Finance
Azera Holding Azərbaycanda fəaliyyət göstərən, özəl sektorda 20 ilə yaxın təcrübəyə malik şirkətlər qrupudur. Holdinq fəaliyyətində innovativ yanaşmaları önə çəkir və yerli brendlərin həm ölkədaxili inkişafına, həm də MDB və Avropa bazarlarında tanınmasına töhfə verməyi hədəfləyir. Holdinqin tərkibinə müxtəlif sahələri əhatə edən 30-a yaxın şirkət daxildir. Bu istiqamətlərə səhiyyə, kənd təsərrüfatı, iaşə xidmətləri, kosmetologiya, qida və təhlükəsizlik sahələri daxildir. Azera Holding eyni zamanda yeni iş yerlərinin yaradılması və yerli kadr potensialının gücləndirilməsi kimi mövzulara fokuslanır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8339
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+