Ana Səhifə
Vakansiyalar

İnvestisiya Layihə Mühəndisi

İnvestisiya Layihə Mühəndisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 18 fevral 2026

Son Tarix: 17 mart 2026

Təsvir

  • Ali təhsil — Mexanika mühəndisliyi ixtisası üzrə

  • Müvafiq sahə üzrə minimum 3–5 il iş təcrübəsi

  • İngilis dilində yazılı və şifahi ünsiyyət bacarığı

  • Kompüter bilikləri: MS Office, AutoCAD

  • Layihə oxuma, texniki sənədlərlə işləmə və avadanlıq seçimi üzrə biliklər

  • HVAC (isitmə, soyutma, havalandırma) və santexnika sistemləri üzrə ümumi biliklər

  • Analitik düşünmə, planlama, koordinasiya və komanda ilə işləmə bacarığı

Vəzifə öhdəlikləri

  • İnvestisiya layihələrinin planlaşdırılması, layihələndirilməsi və icrası mərhələlərində iştirak etmək

  • Layihələrin icrası üzrə daxili bölmələr və podratçılar arasında koordinasiyanı təmin etmək

  • Layihə və avadanlıq xüsusiyyətlərini təhlil edərək optimal texniki həlləri seçmək

  • Layihə işlərinin vaxt qrafikini hazırlamaq və icranın vaxtında tamamlanmasını təmin etmək

  • Tikinti, mexanika və avadanlıq üzrə yeni layihələrin investisiya tələblərinə uyğun icrasını təşkil etmək

  • Risklərin müəyyən edilməsi və idarə olunması proseslərində iştirak etmək

  • Şirkətin investisiya planlarının hazırlanmasında iştirak etmək və maliyyət hesablamalarını aparmaq

  • Avadanlıq və istehsalçı seçimində iştirak etmək, təchizatçı performansını izləmək

  • Yeni alınacaq avadanlıqlar üçün texniki şərtlərin hazırlanması və qəbul prosesində koordinasiyanı təmin etmək

  • Mərkəzi soyutma-isitmə, HVAC və santexnika sistemləri üzrə layihə və sahə işlərinə nəzarət etmək

İş şəraiti

  • İş yeri: Bakı şəhəri (Baş Ofis)

  • İş Qrafiki: Həftə içi 5 gün, 09:00-18:00

  • Nahar şirkət tərəfindən təmin olunur

  • Nəqliyyat dəstəyi mövcuddur

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi göstərilən elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində **“İnvestisiya Layihə Mühəndisi”**qeyd etməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Azersun Holding

Azersun Holding

Other

Azersun Holding 1991-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə ölkə daxilində və region miqyasında ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahələrində güclü bazar liderinə çevrilmişdir. Şirkət fəaliyyətinin ilk günlərindən etibarən müştərilər, tərəfdaşlar və ümumilikdə Azərbaycan cəmiyyəti ilə qarşılıqlı əməkdaşlığa əsaslanan korporativ sosial məsuliyyət siyasətini ardıcıl şəkildə həyata keçirmişdir. Azersun Holding ölkənin inkişafını yalnız iqtisadi göstəricilərlə məhdudlaşdırmayan, sosial və mədəni dəyərlərin qorunmasını da vacib hesab edən vizyonla fəaliyyət göstərir. Şirkət Azərbaycanın zəngin mədəni irsinin qorunması, təşviqi və gənc nəsillərə ötürülməsini öz missiyasının ayrılmaz hissəsi kimi qəbul edir və bu irsi qlobal mədəni dəyərlər sisteminin mühüm elementi hesab edərək gələcək nəsillər üçün yaşatmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9029

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Nəzarət Ölçü Cihazları üzrə Mütəxəssis (Kürdəmir)

Tam Ştat

Vəzifə öhdəlikləri: Zavodda istifadə olunan bütün növ nəzarət-ölçü cihazları (NÖC) və avtomatika vasitələrinin iş prinsipini, siqnal növlərini, sistem və elementlərini bilmək və tətbiq etmək NÖC və avtomatika avadanlıqlarının montajı, istismarı, texniki baxışı, əsaslı təmiri və kalibrasiyasını həyata keçirmək Nasazlıqları aşkar etmək, diaqnostika aparmaq və aradan qaldırmaq, sıradan çıxmış hissələri düzgün metodla dəyişdirmək Mexaniki (açarlar və s.) və elektrik (tester, kommunikator, kalibrator və s.) alət və avadanlıqlardan düzgün istifadə etmək Zavodda istifadə olunan lokal avadanlıqların (Filtr Press, Sentrifuqa, paketləmə maşınları, tərəzilər və s.) avtomatika sistemlərinin iş prinsipini bilmək və nasazlıqları aradan qaldırmaq Monitorlu (displeyli) yeni nəsil avadanlıqların parametrlərini tənzimləmək, menyu üzərindən sazlama və kalibrasiya işlərini aparmaq Sahə cihazlarının elektrik sxemlərini oxumaq, P&ID sxemlərinə əsasən siqnalları düzgün müəyyən etmək Sahə cihazlarının ayarlanması və kalibrasiyasını həyata keçirmək, LOOP testlərini icra etmək Təmir və baxım işlərinə başlamazdan əvvəl təhlükəsizlik və hazırlıq tədbirlərini yerinə yetirmək Proses kontrol nöqtələri və dövrələrinin iş prinsipini analiz etmək və düzgün texniki diaqnoz vermək Avtomatika cihazlarının elektrik və pnevmatik qidalanma sxemlərini bilmək və tətbiq etmək Avadanlıqların istismara qəbulu, dövriyyəyə alınması və istismardan çıxarılması proseslərində iştirak etmək Vəzifə üzrə tələblər: Ali və ya orta ixtisas təhsili (Avtomatika, Elektronika, Elektrik və ya əlaqədar texniki sahə üzrə) İstehsalat və ya sənaye müəssisələrində NÖC və avtomatika üzrə minimum 3 il iş təcrübəsi P&ID və elektrik sxemlərini oxuma bacarığı Kalibrasiya, sazlama və diaqnostika sahəsində praktiki təcrübə Texniki təhlükəsizlik qaydalarını bilmə və tətbiq etmə bacarığı Komanda ilə işləmə və operativ problem həll etmə bacarığı Biz nə təklif edirik? İş yeri: Kürdəmir rayonu İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00 Nahar: Şirkət tərəfindən təmin olunur Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizicv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “NÖC üzrə Mütəxəssis - 30193**”** qeyd etməyiniz xahiş olunur. Tələblərə cavab verdiyiniz təqdirdə göstərilən link üzərindən müraciətnizi göndərə bilərsiniz.