İnspektor (Naxçıvan regional idarəsi)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 mart 2026
Son Tarix: 29 aprel 2026
Təsvir
Əsas öhdəliklər:
Sərnişin və yük daşımalarının qanunvericiliyə və beynəlxalq tələblərə uyğun həyata keçirilməsinə nəzarət etmək;
“Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” olmadan daşımaların həyata keçirilməsinin qarşısını almaq;
Daşıyıcılara normativ hüquqi tələblər üzrə maarifləndirmə dəstəyi göstərmək;
Sürücülərin iş və istirahət rejiminə əməl etməsinə nəzarət etmək;
Mövcud tariflərə uyğun gediş haqlarının tətbiqinə nəzarət etmək;
İnzibati xətaların aşkar olunmasında və müvafiq tədbirlərin görülməsində iştirak etmək.
Reyd planlarının hazırlanmasına iştirak etmək və icrasını təmin etmək;
Aşkarlanmış inzibati pozuntularla bağlı hesabatların hazırlanmasında iştirak etmək;
Müraciətləri araşdırmaq və nəticəyə dair əsaslandırılmış rəy və təkliflər hazırlamaq.
Tələblər
Tələblər və bacarıqlar:
Nəqliyyat sahəsi üzrə ali təhsil;
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Azərbaycan dilini sərbəst səviyyədə bilmək;
MS Office proqramlarında işləmə bacarığı ;
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu;
Azərbaycan Respublikasının avtomobil nəqliyyatı sahəsi üzrə qanunvericiliyini və normativ aktları;
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi barədə biliklər;
Avtomobil nəqliyyatı və logistika sahəsində bilik və bacarıqların olması üstünlükdür.
İnandırıcı ünsiyyət qurmaq və arqumentləri əsaslandırmaq bacarığı;
Çətin situasiyalarda konstruktiv yanaşma;
Problem həll etmə və qərarvermədə çeviklik;
Stressə davamlılıq və emosional sabitlik;
Prioritetləşdirmə və detallara diqqət;
Analitik düşünmə və məlumatı dəqiq təhlil etmə;
Komanda ilə işləmək bacarığı.
İş yeri Naxçıvan şəhəri.
Necə Müraciət Etmək Olar
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Other
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq ölkədə avtomobil nəqliyyatı sisteminin innovativ yanaşma və yeni texnologiyalardan istifadə etməklə daha da inkişaf etməsi üçün genişmiqyaslı iş aparır. Hədəfimiz – Azərbaycanın iqtisadi inkişaf potensialından yararlanaraq, vətəndaşlar üçün nəqliyyat sahəsində daha yaxşı, müasir, rahat, təhlükəsiz mühit yaratmaqdır. Amalımız – keyfiyyətli xidmət sayəsində sürətli inkişafı təmin etməkdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10875
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500