İnsidentlərin İdarə Edilməsi üzrə Qrup rəhbəri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 29 may 2026
Təsvir
Bütün maraqlı tərəflərə, 1-ci müdafiə xəttinə, risk koordinatorlara vaxtında dəstək göstərilməsinə nəzarət;
Bütün risklərin və hadisələrin aşkarlanması, ilkin diaqnozu və prioritetliyinin effektiv və ardıcıl tətbiq olunmasının təmin edilməsinə və onların risk reyestrinə əlavə olunmasına nəzarət;
Bankın yeni və mövcud sənədlərinə və məhsullarına baxış - potensial qeyri-maliyyə riskinin baş vermə ehtimalını yoxlamasında dəstək;
İnsan səhvlərinin təhlili layihəsi: İnsan səhvləri boşluqlarını müəyyən etmək üçün texniki olmayan halların monitorinqi və təhlilinə dəstək;
Daxili zərər (Realised loss) bazasının hazırlanması, gözlənilən itkilərin hesablanmasına dəstək;
Müvafiq hesabatların (Departament daxili və idarə etmə hesabatlarının) hazırlanmasına nəzarət və hazırlanan hesabatları rəhbərliyə göndərmək;
RHI-nin (Risk Sağlamlıq İndeksinin) artması üzrə təkmilləşdirmələr (qeyri-maliyyə risklərinə aid olan hissəsi);
Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq. Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək;
Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək. İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
RCSA (Risklərin və Nəzarət Mexanizmlərinin Özünü Qiymətləndirmə) prosesində dəstək;
Bankda keçirilən Demo, təlim və lahiyələrdə iştirak və s.
Tələblər
Təhsil: Məzun;
Tələb olunan iş təcrübəsi: Bank və ya BOKT təcrübəsi minimum 4 ildən çox;
Daxili Audit və Daxili Nəzarət, Əməliyyat Risklərin idarəedilməsi (üstünlük veriləcək);
Lisenziya / Sertifikat: Üstünlük verilir;
Xarici dillər: İngilis (upper-intermediate), Rus (arzuolunan);
Kompüter bilikləri: Microsoft Office (Word, Excel, PowerPoint);
Məhsul üzrə biliklər: Kart Sistemləri, Regulator qaydaları, Flexcube və ya diğər Əsas Bank Sistemləri üzrə biliklər;
Başqa tələblər: Əməliyyat Riskləri, Strateji Risklər, Komplaens Riskləri, Basel 2 (Əməliyyat Riskləri) tələbləri, Mərkəzi Bank tələbləri.
Necə Müraciət Etmək Olar
PASHA Bank
Finance
PASHA Bank Azərbaycanda fəaliyyət göstərən aparıcı korporativ banklardan biridir və əsasən biznes bankçılığı, investisiya həlləri və korporativ maliyyələşmə sahəsində ixtisaslaşıb. Bank 2007-ci ildə yaradılıb və hazırda PASHA Holding tərkibində fəaliyyət göstərir. PASHA Bank iri korporativ müştərilər, kiçik və orta biznes subyektləri üçün kredit, xəzinədarlıq, ticarət maliyyəsi və digər maliyyə xidmətləri təqdim edir. Bank fəaliyyətində innovasiya, etibarlılıq və müştəriyönümlü yanaşma prinsiplərini əsas tutur. PASHA Bank rəqəmsal bankçılıq həllərinin inkişafına, beynəlxalq maliyyə standartlarının tətbiqinə və ölkədə biznes mühitinin inkişafına xüsusi önəm verir. Bank həmçinin Azərbaycanın maliyyə sektorunda iri layihələrin maliyyələşdirilməsində və sahibkarlığın dəstəklənməsində aktiv rol oynayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17195
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+