İnsan resursları üzrə mütəxəssis (Hacıqabul)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 29 mart 2026
Təsvir
Əmək qanunvericiliyinin tələblərindən irəli gələn sənədləşmə və kadr-uçotu işini aparmaq;
Ehtiyac olduqda ADY-də mövcud olan vəzifə və peşələr üzrə iş analizlərinin keçirilməsinin, onların kvalifikasiya, habelə kompetensiya tələblərinin işlənilməsinin, vəzifə və peşələrin iş ailələri üzrə qruplaşdırılmasının və vəzifə təlimatlarının hazırlanmasının təmin edilməsinde iştirak etmək;
Bölmədaxili hesabatları hazırlamaq və aidiyyatı üzrə təqdim etmək;
Fəaliyyət istiqamətləri üzrə kargüzarlıq işinin təşkilini təmin etmək;
İşçilərin əmək intizamına, o cümlədən daxili intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;
Əməkhaqqı kartalarının sifarişini hazırlayaraq aidiyyəti üzrə ünvanlamaq, hazır olan əmək haqqı kartlarının qeydiyyatını apararaq adiyyəti üzrə təhvil-təslim etmək;
Başqa işə keçirilmə əməliyyatları ilə bağlı sorğuları aidiyyatı struktura təqdim etmək;
Şöbədaxili hesabatları hazırlamaq, aidiyyəti üzrə təqdim etmək; Insan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılması, bununla bağlı zəruri texnikiplatformanın hazırlanmasını təşkil etmək ilə bağlı təkliflər vermək;
Aylıq olaraq görülmüş işlər barədə birbaşa və funksional rəhbərinə hesabat vermək;
Əmək qanunvericiliyinin tələblərindən irəli gələn sənədləşmə və kadr-uçot işini aparmaq, əməkdaşların şəxsi işlərini tərtib etmək, onlara zəruri dəyişikliklər və əlavələri etmək, işçilərinelektron məlumat bazasını idarə etmək.
Tələblər
Ali təhsil;
Tələb olunan sahə üzrə minimum əmək stajı - 1 il;
Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi üzrə biliklər;
Elektron hökumət portalı, ƏMAS, e-sosial və digər dövlət platformalarında sərbəst işləmək bacarığı;
Elektron informasiya sistemindən istifadə qaydaları;
Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi;
MS Office proqramları yaxşı səviyyədə;
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11080
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+