Büdcə və hesabatlılıq üzrə mütəxəssis ("ADY Express MMC")
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 29 mart 2026
Təsvir
Statistik və digər dövlət qurumlarına təqdim olunan maliyyə və statistik hesabatların hazırlanması, yoxlanılması və müəyyən edilmiş müddətdə təqdim edilməsini təmin etmək;
Şirkətin illik, rüblük və aylıq büdcəsinin hazırlanmasında iştirak etmək və büdcə prosesini koordinasiya etmək;
Müxtəlif maliyyə göstəriciləri və ƏSG-lər üzrə monitorinq aparmaq və nəticələri rəhbərliyə təqdim etmək;
Maliyyə fəaliyyətinin səmərəli şəkildə təşkil edilməsi məqsədilə büdcənin hazırlanması və icrasında iştirak etmək;
Vəzifə öhdəliyinə uyğun olaraq rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər
Təhsil pilləsi: Müvafiq sahə üzrə ali təhsil;
İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi üstünlükdür;
Dil bilikləri: Yaxşı səviyyədə rus dili biliyi (ingilis dili biliyi üstünlükdür);
Kompüter bilikləri: Yaxşı səviyyədə Microsoft Office proqramları biliyi;
Maliyyə hesabatlarının hazırlanması və təhlilinə dair biliklər;
Maliyyə planlaşdırılması və proqnozlaşdırmasına dair biliklər;
IFRS və ya yerli maliyyə hesabat standartları üzrə biliklər;
Büdcə və hesabatlılıq üzrə biliklər;
1 C proqramında işləmək bacarığı;
ACCA və ya CFA kimi beynəlxalq sertifikatlara malik olmaq üstünlükdür.
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11079
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+