İnsan Resursları üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 yanvar 2026
Son Tarix: 14 fevral 2026
Təsvir
Əmək funksiyası:
İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir
İşçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və müdirə hesabat verir;
Şəxsi işlərin arxivləşməsini aparır;
Sənədlərin operativ qeydiyyatını aparır;
Müəyyən olunmuş hesabatları tərtib edir;
ERP sistemə əsasən işçilərin girişlərini və çıxışlarını yoxlayır və gündəlik qeydiyyatları icra edir.
Nizam İntizamlara əsasən işçilərin izahatlarını alır, CV-lərin və görüşülən namizədlərin qeydlərini elektron icra edir.
Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir.
Bilməlidir:
Müəssisədə kargüzarlığın təşkilini, icra nəzarətinin forma və metodlarını;
Müəssisələrin və onların bölmələrinin təkmilləşdirilmiş sistem standartlarını, təşkilatı göstəriş sənədlərini;
Fəhlə peşələri və qulluqçu vəzifələri üzrə adların ümumrespublika təsnifatına uyğunluğunu;
Əmək qanunvericiliyinin əsaslarını, daxili əmək intizamı qaydalarını;
Əməyin təşkilinin əsaslarını;
.İş qrafiki:
Həftədə 5 gün / 8 saat: saat 09:00-dan 18:00-a qədər. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
İstirahət günü: Şənbə və Bazar günü
Tələblər
Ali təhsil
İngilis dili biliyi yüksək səviyyədə, Rus dili biliyi üstünlükdür
MS Office proqramları, ƏMAS
İnsan Resursları üzrə ən azı 1 il iş təcrübəsi
İxtisas: Psixologiya və ya İqtisadiyyat
Namizədlərin dəyərləndirilmə prosesi:
Birinci mərhələ- Əmək məcəlləsindən test imtahanı
İkinci mərhələ- İnsan resursları şöbə rəsi ilə müsahibə
Üçüncü mərhələ- Zavod müdiri ilə görüş, İşə qəbul
Təminatlar:
Nahar və servis (Bakı şəhəri üzrə) şirkət tərəfindən verilir;
Qeyd: Tələblərə uyğun gələn namizədlər CV-lərini **“İnsan Resursları üzrə mütəxəssis”**başlığı altında göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. AZ 5000. Azərbaycan Sumqayıt Kimya Sənaye Parkı.
Əlaqə nömrəsi: +994 12 377 44 44
Necə Müraciət Etmək Olar
Azertexnolayn
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4890
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə