İnsan Resursları üzrə Menecer
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 4 fevral 2026
Son Tarix: 15 mart 2026
Təsvir
İşçilərin qanunvericiliklə və şirkət tərəfindən tələb olunan sənədlərini qəbul etmək;
Xarici vətəndaşların viza, miqrasiya ilə bağlı prosedurlarını həyata keçirmək;
Müəssisənin strukturunu yaratmaq, daxili dəyişikliklər baş verdikdə onu yeniləmək;
ƏMAS və ERP sistemə tələb olunan məlumatları daxil etmək;
Yeni işə başlayan işçiləri ilkin təlimatla tanış etmək və tələb olunan sənədləri təqdim edərək imzalatmaq;
Şöbələr tərəfindən təqdim olunan iş cədvəllərinin ilkin yoxlanışını aparmaq və yanlışlıqlar olduqda dərhal şöbəni məlumatlandırmaq;
Təsadüfi yoxlamalar apararaq iş prosesinə nəzarət etmək;
İşçilərə aid olan normativ, metodik və digər rəhbər materialları tərtib etmək, qaydasında saxlamaq;
İR şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsi;
İşçilərin işə qəbulu və azad edilməsi haqqında qüvvədə olan qanunvericiliyə riayət etmək;
İşçilərin ixtisas və peşəkarlığının artırılması işini həyata keçirmək;
Şəxsi işlərin aparılması və məxfiliyin qorunması, sosial müavinatların təyin edilməsi üzrə lazımi sənədlərin tərtib edilməsi;
İşçi hərəkətlərinin uçot metodlarını həyata keçirmək;
Həmkarlarla normal iş münasibətlərini qoruyub saxlamaq və bərabərlik prinsipinə əməl etmək.
Müəssisənin ehtiyaclarına müvafiq olaraq tələb olunduqda, şöbədə hər hansı dəyişikliklərə reaksiya vermək;
Çevik olmaq və iş səlahiyyətləri çərçivəsində verilən göstərişlərə əsasən, digər müvafiq öhdəlik və vəzifələri yerinə yetirmək üçün öz vəzifə öhdəliklərini genişləndirmək, o cümlədən tələb olunduğu hallarda, digər şöbələrə və sahələrə keçmək, biznes ehtiyacları və qonaqlara xidmətlərin göstərilməsi ilə bağlı tələblərə cavab vermək.
Tələb olunduqda, təlim sessiyaları və toplantıları aparmaq.
İşə qəbul prosesini aparmaq, seçim fəaliyyətlərinə nəzarət etmək, proses boyu müvafiq şöbə rəhbərləri ilə işləmək.
Tələblər
Ali təhsil;
Təcrübə: Minimum 5 il (3 il rəhbər vəzifə üzrə);
Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
MS Ofis proqram paketi üzrə bilik və bacarıqlar;
1C, ERP və Visio proqram təminatlarında işləmək bacarığı;
Azərbaycan dili – sərbəst;
Rus və ya İngilis dili – yaxşı səviyyədə;
Fəaliyyət ünvanı: Şabran rayonu, Qalaaltı kəndi, "Galaalti Hotel&SPA" Hotel
Necə Müraciət Etmək Olar
TABIA Group LLC
Other
TABIA Group LLC Azərbaycanda fəaliyyət göstərən və əsasən tikinti, mühəndislik və layihə idarəetməsi sahələrində ixtisaslaşmış şirkətdir. Şirkət yaşayış və kommersiya obyektlərinin inşası, sənaye və infrastruktur layihələrinin icrası üzrə xidmətlər təqdim edir və müasir tikinti texnologiyalarını tətbiq etməklə keyfiyyətli nəticə əldə etməyi hədəfləyir. TABIA Group fəaliyyətində peşəkar komanda, təhlükəsizlik standartları və vaxtında icra prinsiplərini əsas tutur. Şirkət layihələrin planlaşdırılması, icrası və texniki nəzarəti üzrə kompleks yanaşma tətbiq edərək uzunmüddətli tərəfdaşlıqlar qurmağa və bazarda dayanıqlı mövqe tutmağa fokuslanır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#7415
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
501-1000