Ana Səhifə
Vakansiyalar

İnsan Resursları Biznes Tərəfdaşı

İnsan Resursları Biznes Tərəfdaşı

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 17 mart 2026

Son Tarix: 16 aprel 2026

Təsvir

  • PAŞA Property Management “İnsan Resursları Biznes Tərəfdaşı” vakansiyası üzrə işə qəbul elan edir.

  • Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.

Vəzifə öhdəlikləri

  • İşə götürmə kampaniyalarına kömək və inkişaf etdirilməsi;

  • İş müraciəti edənlərə vəzifə tapşırıqları, öhdəliklər, imtiyazlar, iş qrafikləri, iş şəraiti, yüksəlmə imkanları və sair məlumatların verilməsi;

  • Şirkətin əmək haqqı strukturuna uyğun olaraq iş təkliflərinin hazırlanması;

  • İnsan resursları siyasətlərini, prosedurlarını, qanunlarını və standartlarını yeni və mövcud işçilərə izah edilməsi;

  • İş yerində təlim proqramlarının idarə edilməsi, daxili təlim sessiyalarının keçirilməsi, təlim proqramlarının səmərəliliyinin qiymətləndirilməsi;

  • Bütün insan idarəetmə prosesləri və sistemlərində menecerlərə məsləhət və yardımçı olunması;

  • Kadr dəyişikliyi və işdə saxlanma dərəcələri kimi işəgötürmə göstəricilərinin monitorinqi;

  • İR siyasətlərinin monitorinqi, nəzərdən keçirilməsi, yenilənməsi və inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi;

  • İşçilərin rəylərini toplamaq və inkişaf sahələrini müəyyənləşdirmək üçün daxili sorğuların aparılması;

  • İşçilərin illik, aylıq və digər mükafatlarının hazırlanması və idarə edilməsi;

  • İşçilərin şikayət proseslərinə yardımçı olunması və məşğulluq proqramlarına və digər işçilərlə münasibətlərə nəzarətin edilməsi

  • İntizam məsələlərinin şirkətin siyasətinə və əmək məcəlləsinə uyğun olaraq aparılması;

  • Təyin olunmuş iş bölgüsü və ya funksiyası daxilində bütün işçilər üçün əlaqədar şəxs kimi fəaliyyət göstərilməsi;

  • Təyin olunmuş iş bölməsindən və ya funksiyasından gələn bütün işçilərin sorğularına vaxtında və peşəkar dəstəyin göstərilməsi;

  • Bütün işçilərin fəaliyyət formalarının işlənilməsi və müvafiq təsdiqlərin təmin edilməsi.

Tələblər

  • İnsan Resursları və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;

  • Ən azı 2 il insan resursları sahəsində təcrübə (daşınmaz əmlak sahəsində arzuolunandır);

  • Əmək qanunvericiliyi haqqında biliklər;

  • Əla ünsiyyət, strateji düşüncə və problem həll etmə bacarıqları;

  • MS Office və İnsan Resursları proqram təminatında sərbəst işləmək bacarığı;

  • İngilis və ya rus dillərini bilmək üstünlükdür.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11370

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya

İstismar xidməti üzrə nəzarətçi

Tam Ştat

PAŞA Property Management “İstismar xidməti üzrə nəzarətçi” vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq. Texniki xidmət komandasının gündəlik fəaliyyətlərinə nəzarət edir; Mexaniki sistemlərə və avadanlıqlara düzgün şəkildə nəzarət edir; Bütün binada yüksək təqdimat və texniki xidmət standartlarının qorunmasını təmin edir. Bütün əmlak avadanlıqları və xidmət müqavilələri ilə tam tanış olmalıdır. Sağlamlıq və təhlükəsizlik qanunvericiliyinə və digər ümumi qanunlara riayət etməsini təmin edir. (Məsələn, yanğın nasosu, su təzyiqi artırıcıları və s. kimi məcburi testləri yerinə yetirir.) İşçi heyətinə nəzarət edir və motivasiya edir, iş yükünün uyğun olmasını və işin keyfiyyətinin qənaətbəxş olmasını təmin edir. Müntəzəm olaraq işçilərin fəaliyyətini nəzərdən keçirir və zəruri olduqda təlim təşkil edir. Lazım olduqda, obyekt daxilində təlimlər keçirir. Xərcləri nəzərdən keçirir və mümkün olduqda maliyyə qənaəti əldə etməyə çalışır, eyni zamanda yüksək xidmət və təqdimat standartlarını qoruyur. Mütamadi olaraq bina sahələrini və binaları yoxlayaraq bütün standartların qorunduğuna əmin olur.

Təmizlik xidmətləri üzrə qrup rəhbəri

Tam Ştat

PAŞA Property Management “Təmizlik xidmətləri üzrə qrup rəhbəri” vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq. Təsvir Təmizlik heyətinin fəaliyyətinə nəzarət və koordinasiya: tapşırıqların bölgüsü, təlimlərin keçirilməsi və iş keyfiyyətinin qiymətləndirilməsi yolu ilə müəyyən edilmiş standartların təmin edilməsi. Əmlakın bütün sahələri üzrə mütəmadi yoxlamaların aparılması, təmizlik və gigiyena standartlarına uyğunluğun təmin edilməsi. Əməkdaşlarla birbaşa ünsiyyətin qurulması, onlara metodiki dəstəyin göstərilməsi və görülən işlər üzrə geribildirimlərin verilməsi. Təmizlik ləvazimatları və avadanlıqlarının ehtiyatlarının izlənilməsi, vaxtında təminatın təşkili və yenilənməsinin koordinasiyası. Təmizliklə bağlı yaranan problem və iradların operativ və effektiv şəkildə aradan qaldırılması. Təmizlik işlərinə dair sənədləşmənin aparılması, o cümlədən iş qrafikləri, yoxlama hesabatları və əməkdaşların fəaliyyət qiymətləndirmələrinin qeydiyyatı. Texniki xidmət və əmlakın idarə edilməsi şöbələri ilə əməkdaşlıq edərək təmizlik işlərinin koordinasiyası və xüsusi tələblərin icrası. Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi, təmizlik heyəti üçün təhlükəsiz iş mühitinin yaradılması.

Təchizat üzrə mütəxəssis

Tam Ştat

PAŞA Property Management “Təchizat üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq. Vəzifə öhdəlikləri Tenderlərin aparılması, iddiaçıların siyahısının tərtibi, kommersiya qiymətləndirilməsi, müqavilənin tərtib və bağlanması daxil olmaqla müqavilə dövriyyəsini tam yerinə yetirmək; Yerli və beynəlxalq satınalma sifarişlərini yerləşdirmək; Təchizatçıların hesab-fakturalarının məqbulluğunu təsdiqləmək; Satın alınan məhsulların keyfiyyətinin və çatdırılmaların vaxtında aparılmasının yaxşılaşdırılması və yüksəldilməsi yollarını axtararkən xərcləmə əməliyyatlarını qiymətləndirmək; Müştərilərin təcili müraciətlərinə dərhal baxmaq; Əlavə təchizatçılar üçün davamlı axtarışlar apararkən təchizatçılarla əlaqələri saxlamaq; Lahiyələrin səmərəliliyinə təsir edən məhsul və xidmətlərin effektiv axını ilə bağlı mütəmadi olaraq lahiyə rəhbərləri ilə əlaqə saxlamaq; Yüksək keyfiyyətli və etibarlı çatdırılma ilə uyğun gələn iqtisadi şərtlərin əksəriyyətini təmin etmək üçün iddiaçılarla əsas təchizat müqavilələri üzrə danışıqlar aparmaq; Mühəndislərdən spesifikasiyalar və çertyojlar üçün təklifləri sorğu etmək; Tender təkliflərini kommersiya təhlil və təsdiq etmək; Qiymət, çatdırılma və uyğunluq əsasında satınalma qərarlarını qəbul etmək; Tender cədvəllərini hazırlamaq və texniki təsdiqləri almaq.