Şirkətlərə Qayıt
PASHA Property

PASHA Property

2

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

2 iş elanı

PASHA Property

Təchizat üzrə mütəxəssis

PASHA Property

Tam Ştat
Orta Səviyyə

PAŞA Property Management “Təchizat üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq. Vəzifə öhdəlikləri Tenderlərin aparılması, iddiaçıların siyahısının tərtibi, kommersiya qiymətləndirilməsi, müqavilənin tərtib və bağlanması daxil olmaqla müqavilə dövriyyəsini tam yerinə yetirmək; Yerli və beynəlxalq satınalma sifarişlərini yerləşdirmək; Təchizatçıların hesab-fakturalarının məqbulluğunu təsdiqləmək; Satın alınan məhsulların keyfiyyətinin və çatdırılmaların vaxtında aparılmasının yaxşılaşdırılması və yüksəldilməsi yollarını axtararkən xərcləmə əməliyyatlarını qiymətləndirmək; Müştərilərin təcili müraciətlərinə dərhal baxmaq; Əlavə təchizatçılar üçün davamlı axtarışlar apararkən təchizatçılarla əlaqələri saxlamaq; Lahiyələrin səmərəliliyinə təsir edən məhsul və xidmətlərin effektiv axını ilə bağlı mütəmadi olaraq lahiyə rəhbərləri ilə əlaqə saxlamaq; Yüksək keyfiyyətli və etibarlı çatdırılma ilə uyğun gələn iqtisadi şərtlərin əksəriyyətini təmin etmək üçün iddiaçılarla əsas təchizat müqavilələri üzrə danışıqlar aparmaq; Mühəndislərdən spesifikasiyalar və çertyojlar üçün təklifləri sorğu etmək; Tender təkliflərini kommersiya təhlil və təsdiq etmək; Qiymət, çatdırılma və uyğunluq əsasında satınalma qərarlarını qəbul etmək; Tender cədvəllərini hazırlamaq və texniki təsdiqləri almaq.

PASHA Property

Elektrik Mühəndisi

PASHA Property

Tam Ştat
Orta Səviyyə

PAŞA Property Management “Elektrik Mühəndisi” vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq. Təsvir CAPEX layihələri çərçivəsində elektrik və ELV/avtomatlaşdırma sistemləri üzrə dizaynların, çertyojların və texniki sənədlərin hazırlanması, yoxlanılması və yekunlaşdırılması; Elektrik, yanğın siqnalizasiya və avtomatlaşdırma sistemləri üzrə iş həcmlərinin (Scope of Work), BOQ-ların, büdcələrin və tender texniki şərtlərinin hazırlanması; Podratçı təkliflərinin texniki qiymətləndirilməsinin aparılması və tender prosesində iştirak; Elektrik, ELV və avtomatlaşdırma sistemləri üzrə sahə işlərinə nəzarət, layihə tələblərinə, standartlara, vaxt qrafikinə və ƏMSTQ (HSE) qaydalarına uyğunluğun təmin edilməsi; Aşağı və orta gərginlikli paylayıcı sistemlər, işıqlandırma, yanğın siqnalizasiya sistemi, BMS, girişə nəzarət, CCTV və digər ELV sistemləri üzrə ekspert biliklərin təmin edilməsi; Elektrik və ELV qurğularının keyfiyyətə nəzarət, sınaq və istismara qəbul (commissioning) proseslərinin icrası; Əmlak aktivləri üçün yeni texnologiyaların, avtomatlaşdırma həllərinin və enerji səmərəliliyinin artırılması imkanlarının araşdırılması və tövsiyə edilməsi; Layihələrin inteqrasiya olunmuş şəkildə icrası üçün mülki, mexaniki və digər sahələrlə koordinasiyanın aparılması; Layihə sənədlərinin, çertyojların və hesabatların düzgün şəkildə aparılması, uyğunluq və izlənilə bilənliyin təmin edilməsi; Layihənin təhvil-təslim mərhələsində iştirak, “as-built” çertyojların, test protokollarının və istismar və texniki xidmət (O&M) sənədlərinin yoxlanılması və təsdiqi.