Ana Səhifə
Vakansiyalar

İstismar xidməti üzrə nəzarətçi

İstismar xidməti üzrə nəzarətçi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 8 mart 2026

Son Tarix: 4 aprel 2026

Təsvir

PAŞA Property Management “İstismar xidməti üzrə nəzarətçi” vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.

  • Texniki xidmət komandasının gündəlik fəaliyyətlərinə nəzarət edir;

  • Mexaniki sistemlərə və avadanlıqlara düzgün şəkildə nəzarət edir;

  • Bütün binada yüksək təqdimat və texniki xidmət standartlarının qorunmasını təmin edir.

  • Bütün əmlak avadanlıqları və xidmət müqavilələri ilə tam tanış olmalıdır.

  • Sağlamlıq və təhlükəsizlik qanunvericiliyinə və digər ümumi qanunlara riayət etməsini təmin edir. (Məsələn, yanğın nasosu, su təzyiqi artırıcıları və s. kimi məcburi testləri yerinə yetirir.)

  • İşçi heyətinə nəzarət edir və motivasiya edir, iş yükünün uyğun olmasını və işin keyfiyyətinin qənaətbəxş olmasını təmin edir.

  • Müntəzəm olaraq işçilərin fəaliyyətini nəzərdən keçirir və zəruri olduqda təlim təşkil edir. Lazım olduqda, obyekt daxilində təlimlər keçirir.

  • Xərcləri nəzərdən keçirir və mümkün olduqda maliyyə qənaəti əldə etməyə çalışır, eyni zamanda yüksək xidmət və təqdimat standartlarını qoruyur.

  • Mütamadi olaraq bina sahələrini və binaları yoxlayaraq bütün standartların qorunduğuna əmin olur.

Tələblər

  • Texniki sahədə bakalavr dərəcəsi (üstünlük elektrik/mexanika sahəsində)

  • Sahə üzrə ən azı 5 il texniki idarəetmə təcrübəsi;

  • Azərbaycan və ingilis dillərində sərbəst danışıq;

  • MS Office proqramları üzrə bilik;

  • İstilik-soyutma, təmizləmə və balanslama işləri barədə yaxşı texniki bilik.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat

  • Vəzifə dərəcəsi Supervayzer

  • Təhsil Bakalavr

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10735

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Təmizlik xidmətləri üzrə qrup rəhbəri

Tam Ştat

PAŞA Property Management “Təmizlik xidmətləri üzrə qrup rəhbəri” vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq. Təsvir Təmizlik heyətinin fəaliyyətinə nəzarət və koordinasiya: tapşırıqların bölgüsü, təlimlərin keçirilməsi və iş keyfiyyətinin qiymətləndirilməsi yolu ilə müəyyən edilmiş standartların təmin edilməsi. Əmlakın bütün sahələri üzrə mütəmadi yoxlamaların aparılması, təmizlik və gigiyena standartlarına uyğunluğun təmin edilməsi. Əməkdaşlarla birbaşa ünsiyyətin qurulması, onlara metodiki dəstəyin göstərilməsi və görülən işlər üzrə geribildirimlərin verilməsi. Təmizlik ləvazimatları və avadanlıqlarının ehtiyatlarının izlənilməsi, vaxtında təminatın təşkili və yenilənməsinin koordinasiyası. Təmizliklə bağlı yaranan problem və iradların operativ və effektiv şəkildə aradan qaldırılması. Təmizlik işlərinə dair sənədləşmənin aparılması, o cümlədən iş qrafikləri, yoxlama hesabatları və əməkdaşların fəaliyyət qiymətləndirmələrinin qeydiyyatı. Texniki xidmət və əmlakın idarə edilməsi şöbələri ilə əməkdaşlıq edərək təmizlik işlərinin koordinasiyası və xüsusi tələblərin icrası. Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi, təmizlik heyəti üçün təhlükəsiz iş mühitinin yaradılması.

Təchizat üzrə mütəxəssis

Tam Ştat

PAŞA Property Management “Təchizat üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq. Vəzifə öhdəlikləri Tenderlərin aparılması, iddiaçıların siyahısının tərtibi, kommersiya qiymətləndirilməsi, müqavilənin tərtib və bağlanması daxil olmaqla müqavilə dövriyyəsini tam yerinə yetirmək; Yerli və beynəlxalq satınalma sifarişlərini yerləşdirmək; Təchizatçıların hesab-fakturalarının məqbulluğunu təsdiqləmək; Satın alınan məhsulların keyfiyyətinin və çatdırılmaların vaxtında aparılmasının yaxşılaşdırılması və yüksəldilməsi yollarını axtararkən xərcləmə əməliyyatlarını qiymətləndirmək; Müştərilərin təcili müraciətlərinə dərhal baxmaq; Əlavə təchizatçılar üçün davamlı axtarışlar apararkən təchizatçılarla əlaqələri saxlamaq; Lahiyələrin səmərəliliyinə təsir edən məhsul və xidmətlərin effektiv axını ilə bağlı mütəmadi olaraq lahiyə rəhbərləri ilə əlaqə saxlamaq; Yüksək keyfiyyətli və etibarlı çatdırılma ilə uyğun gələn iqtisadi şərtlərin əksəriyyətini təmin etmək üçün iddiaçılarla əsas təchizat müqavilələri üzrə danışıqlar aparmaq; Mühəndislərdən spesifikasiyalar və çertyojlar üçün təklifləri sorğu etmək; Tender təkliflərini kommersiya təhlil və təsdiq etmək; Qiymət, çatdırılma və uyğunluq əsasında satınalma qərarlarını qəbul etmək; Tender cədvəllərini hazırlamaq və texniki təsdiqləri almaq.

Elektrik Mühəndisi

Tam Ştat

PAŞA Property Management “Elektrik Mühəndisi” vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq. Təsvir CAPEX layihələri çərçivəsində elektrik və ELV/avtomatlaşdırma sistemləri üzrə dizaynların, çertyojların və texniki sənədlərin hazırlanması, yoxlanılması və yekunlaşdırılması; Elektrik, yanğın siqnalizasiya və avtomatlaşdırma sistemləri üzrə iş həcmlərinin (Scope of Work), BOQ-ların, büdcələrin və tender texniki şərtlərinin hazırlanması; Podratçı təkliflərinin texniki qiymətləndirilməsinin aparılması və tender prosesində iştirak; Elektrik, ELV və avtomatlaşdırma sistemləri üzrə sahə işlərinə nəzarət, layihə tələblərinə, standartlara, vaxt qrafikinə və ƏMSTQ (HSE) qaydalarına uyğunluğun təmin edilməsi; Aşağı və orta gərginlikli paylayıcı sistemlər, işıqlandırma, yanğın siqnalizasiya sistemi, BMS, girişə nəzarət, CCTV və digər ELV sistemləri üzrə ekspert biliklərin təmin edilməsi; Elektrik və ELV qurğularının keyfiyyətə nəzarət, sınaq və istismara qəbul (commissioning) proseslərinin icrası; Əmlak aktivləri üçün yeni texnologiyaların, avtomatlaşdırma həllərinin və enerji səmərəliliyinin artırılması imkanlarının araşdırılması və tövsiyə edilməsi; Layihələrin inteqrasiya olunmuş şəkildə icrası üçün mülki, mexaniki və digər sahələrlə koordinasiyanın aparılması; Layihə sənədlərinin, çertyojların və hesabatların düzgün şəkildə aparılması, uyğunluq və izlənilə bilənliyin təmin edilməsi; Layihənin təhvil-təslim mərhələsində iştirak, “as-built” çertyojların, test protokollarının və istismar və texniki xidmət (O&M) sənədlərinin yoxlanılması və təsdiqi.