Ana Səhifə
Vakansiyalar

İnfrastruktur xətləri üzrə layihəçi mühəndis

İnfrastruktur xətləri üzrə layihəçi mühəndis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 aprel 2026

Son Tarix: 3 may 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Elektrik, su, qaz, kanalizasiya və digər mühəndislik-kommunikasiya xətlərinin layihələndirilməsi;

  • Sahə ölçülərinin aparılması, mövcud xəttlərin araşdırılması və texniki məlumatların toplanması;

  • Layihə-smeta sənədlərinin (Eskiz, İşçi layihə, İcra sənədləri və s.) hazırlanması;

  • Normativ sənədlərə və dövlət standartlarına uyğun layihələrin tərtibi;

  • Podratçı və tikinti komandalarına texniki dəstək göstərilməsi;

  • Tikinti zamanı baş verə biləcək layihə dəyişikliklərinin hazırlanması.

Tələblər

  • Ali təhsil;

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsinin olması;

  • AutoCAD, Civil 3D və digər layihələndirmə proqramlarında sərbəst işləmə bacarığı;

  • Normativ sənədlər və layihə standartları haqqında biliklər;

  • Sahə ölçmələri və texniki çertyojlar ilə işləmək bacarığı;

  • Məsuliyyətlilik, analitik düşüncə və komandada işləmək qabiliyyəti.

  • İnşaat sahəsi üzrə texnoloji ardıcıllıqlar üzrə biliklərin olması;

  • Daimi bilik və bacarıqlarını inkişaf etdirməli.

İş şəraiti:

  • 6 günlük iş qrafiki;

  • İş yeri: Bakı şəhəri;

  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İnfrastruktur xətləri üzrə layihəçi mühəndis” yazmaqla göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12636

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Content creator

Tam Ştat

Ali təhsil; Reklam agentliyində, marketinq sahəsində və ya əlaqəli mühitdə ən azı 1 il təcrübə; Kontent yaratmağa real maraq və bu sahədə aktivlik (portfolio üstünlükdür); Sosial media trendlərini anlama və onları düzgün tətbiq etmə bacarığı; Hazır, süni kontentdən istifadə edilməməsi, kreativ baxış; Kamera qarşısında və arxasında rahat işləmə bacarığı; Yaradıcı düşüncə və ideya generasiyası bacarığı; Video montaj və basic edit bilikləri (CapCut və ya digər proqramlar); Komanda ilə işləmə və məsuliyyət hissi; Dil bilikləri: Azərbaycan sərbəst, rus və ingilis – texniki dil səviyyəsində. Vəzifə öhdəlikləri: Sosial media platformaları (Instagram, TikTok və s.) üçün kreativ və orijinal kontent ideyalarının hazırlanması; Trendlərin gündəlik izlənməsi və brendə uyğun şəkildə adaptasiya edilməsi; Video və foto kontentin planlanması, çəkilişi və paylaşım prosesində aktiv iştirak; Layihələrin (mənzillər, yaşayış kompleksləri və s.) maraqlı və fərqli formada təqdim olunması; Storytelling yanaşması ilə kontentin daha cəlbedici və yadda qalan edilməsi; Komanda ilə birgə işləyərək kontent planının hazırlanması və icrası; Maraqlı və paylaşılabilən məzmun üçün hekayə anlatma üsullarından, vizual estetikadan və səs dizaynından istifadə etmək bacarığı; Bazar araşdırmasının həyata keçirilməsi, təhlil edilməsi və müvafiq olaraq içərik yaradılması; Yazı üslublarını və tonlarını müxtəlif mühitlərə, hədəf auditoriyalara və ünsiyyət məqsədlərinə uyğunlaşdırılması; Marketinq kampaniya ideyalarına və onların inkişafına töhfə verilməsi. İş şəraiti: 5 günlük iş qrafiki; İş yeri: Bakı şəhəri; Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Əlaqə: Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Content creator” üzrə yazmaqla göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Əmək haqqı mühasibi

Tam Ştat

Ali təhsil (maliyyə, mühasibat uçotu və ya audit); Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsini, maliyyə və mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi yaxşı səviyyədə bilmək; Yüksək səviyyədə kompüter bacarıqları (xüsusilə Excel, Word), 1C; Komandada işləmək bacarığı; Analitik düşüncə qabiliyyəti; Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarığı; MHBS PMS, F3, sertifikatlarının olması üstünlükdür. Vəzifə öhdəlikləri: Şirkət əməkdaşlarının aylıq əmək haqqılarının hesablanmasını və vaxtında ödənilməsini təmin etmək; Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasını təmin etmək; Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanması və vaxtında ödənilməsini təmin etmək; Əməkdaşların davamiyyətlərinin yoxlanılması və ona uyğun aylıq iş vaxtının cəmlənmiş uçotu cədvəllərini tərtib etmək; Əmək haqqına dair sorğu və sualların cavablandırılmasını həyata keçirmək; DSMF tərəfindən ödənilən müavinətlərin elektron hökumət sistemində işləmək; Əmək haqqı ilə bağlı Vergilər Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq; Vahid rüblük hesabatın (DSMF)  və statistika hesabatlarını tərtib etmək; İşçi məlumatlarının düzgün axını və saxlanmasını təmin etmək, müvafiq struktur bölmələr arasında koordinasiyaya cavabdeh olmaq (o cümlədən ətraflı hesabatların hazırlanması/paylanması, məsələn, iş saatları, əlavə iş, məzuniyyət balansları, işçilərin sayı və s.). İş şəraiti: 5 günlük iş qrafiki; Ünvan - Bakı, Hüseynbala Əliyev 32/24 Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Əmək haqqı mühasibi” yazmaqla qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.