Content creator

Tam Ştat

Başlanğıc Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 30 mart 2026

Son Tarix: 25 aprel 2026

Təsvir

  • Ali təhsil;

  • Reklam agentliyində, marketinq sahəsində və ya əlaqəli mühitdə ən azı 1 il təcrübə;

  • Kontent yaratmağa real maraq və bu sahədə aktivlik (portfolio üstünlükdür);

  • Sosial media trendlərini anlama və onları düzgün tətbiq etmə bacarığı;

  • Hazır, süni kontentdən istifadə edilməməsi, kreativ baxış;

  • Kamera qarşısında və arxasında rahat işləmə bacarığı;

  • Yaradıcı düşüncə və ideya generasiyası bacarığı;

  • Video montaj və basic edit bilikləri (CapCut və ya digər proqramlar);

  • Komanda ilə işləmə və məsuliyyət hissi;

  • Dil bilikləri: Azərbaycan sərbəst, rus və ingilis – texniki dil səviyyəsində.

Vəzifə öhdəlikləri:

  • Sosial media platformaları (Instagram, TikTok və s.) üçün kreativ və orijinal kontent ideyalarının hazırlanması;

  • Trendlərin gündəlik izlənməsi və brendə uyğun şəkildə adaptasiya edilməsi;

  • Video və foto kontentin planlanması, çəkilişi və paylaşım prosesində aktiv iştirak;

  • Layihələrin (mənzillər, yaşayış kompleksləri və s.) maraqlı və fərqli formada təqdim olunması;

  • Storytelling yanaşması ilə kontentin daha cəlbedici və yadda qalan edilməsi;

  • Komanda ilə birgə işləyərək kontent planının hazırlanması və icrası;

  • Maraqlı və paylaşılabilən məzmun üçün hekayə anlatma üsullarından, vizual estetikadan və səs dizaynından istifadə etmək bacarığı;

  • Bazar araşdırmasının həyata keçirilməsi, təhlil edilməsi və müvafiq olaraq içərik yaradılması;

  • Yazı üslublarını və tonlarını müxtəlif mühitlərə, hədəf auditoriyalara və ünsiyyət məqsədlərinə uyğunlaşdırılması;

  • Marketinq kampaniya ideyalarına və onların inkişafına töhfə verilməsi.

İş şəraiti:

  • 5 günlük iş qrafiki;

  • İş yeri: Bakı şəhəri;

  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Content creator” üzrə yazmaqla göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12100

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Başlanğıc Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Əmək haqqı mühasibi

Tam Ştat

Ali təhsil (maliyyə, mühasibat uçotu və ya audit); Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsini, maliyyə və mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi yaxşı səviyyədə bilmək; Yüksək səviyyədə kompüter bacarıqları (xüsusilə Excel, Word), 1C; Komandada işləmək bacarığı; Analitik düşüncə qabiliyyəti; Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarığı; MHBS PMS, F3, sertifikatlarının olması üstünlükdür. Vəzifə öhdəlikləri: Şirkət əməkdaşlarının aylıq əmək haqqılarının hesablanmasını və vaxtında ödənilməsini təmin etmək; Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasını təmin etmək; Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanması və vaxtında ödənilməsini təmin etmək; Əməkdaşların davamiyyətlərinin yoxlanılması və ona uyğun aylıq iş vaxtının cəmlənmiş uçotu cədvəllərini tərtib etmək; Əmək haqqına dair sorğu və sualların cavablandırılmasını həyata keçirmək; DSMF tərəfindən ödənilən müavinətlərin elektron hökumət sistemində işləmək; Əmək haqqı ilə bağlı Vergilər Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq; Vahid rüblük hesabatın (DSMF)  və statistika hesabatlarını tərtib etmək; İşçi məlumatlarının düzgün axını və saxlanmasını təmin etmək, müvafiq struktur bölmələr arasında koordinasiyaya cavabdeh olmaq (o cümlədən ətraflı hesabatların hazırlanması/paylanması, məsələn, iş saatları, əlavə iş, məzuniyyət balansları, işçilərin sayı və s.). İş şəraiti: 5 günlük iş qrafiki; Ünvan - Bakı, Hüseynbala Əliyev 32/24 Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Əmək haqqı mühasibi” yazmaqla qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Hüquqşünas

Tam Ştat

Hüquqşünas ixtisası üzrə ali təhsil; Yüksək səviyyədə qanunvericilik biliyi; Sahə üzrə 1-2 il iş təcrübəsi; Azərbaycan dilini mükəmməl bilməli, sərbəst şəkildə yazmaq, fikir izah etmə və nitq söyləmə bacarıqlarına malik olmalı; Rus və İngilis dilini bilən namizədlərə üstünlük verilir; Güclü ünsiyyət və danışıq qabiliyyəti; Komandada işləmək bacarığı. Vəzifə öhdəlikləri: Departamentin fəaliyyət istiqamətləri üzrə hüquqi məsələlərə dair araşdırma aparmaq və rəy hazırlamaq; Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına nəzarət etmək; İddia ərizəsi, apellyasiya və kassasiya şikayəti, etiraz, vəsatət və sairə hüquqi sənədləri tərtib etmək; Hüquqi sənədlərin işlənib hazırlanmasında, məktub və sorğulara cavabın hazırlanmasında iştirak etmək, qanunvericiliyin tətbiqi ilə bağlı mübahisəli məsələlərə dair rəy hazırlamaq; Müqavilənin hazırlanması, rəsmiləşdirilməsi, analizinin aparılması aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün müvafiq işlərin icrası; Müqavilənin hazırlanması, eləcə də bağlanması üçün zəruri olan görüş və danışıqlarda, eləcə də iclaslarda iştirak etmək; Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları tələb edilən qaydada və müddətdə icra etmək; Əlaqədar qurumlarla işləmək. İş şəraiti: 5 günlük iş qrafiki; İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24 Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Hüquqşünas” üzrə yazmaqla qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.