Ana Səhifə
Vakansiyalar

Əmək haqqı mühasibi

Əmək haqqı mühasibi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 22 mart 2026

Son Tarix: 18 aprel 2026

Təsvir

  • Ali təhsil (maliyyə, mühasibat uçotu və ya audit);

  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini, maliyyə və mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi yaxşı səviyyədə bilmək;

  • Yüksək səviyyədə kompüter bacarıqları (xüsusilə Excel, Word), 1C;

  • Komandada işləmək bacarığı;

  • Analitik düşüncə qabiliyyəti;

  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarığı;

  • MHBS PMS, F3, sertifikatlarının olması üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Şirkət əməkdaşlarının aylıq əmək haqqılarının hesablanmasını və vaxtında ödənilməsini təmin etmək;

  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasını təmin etmək;

  • Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanması və vaxtında ödənilməsini təmin etmək;

  • Əməkdaşların davamiyyətlərinin yoxlanılması və ona uyğun aylıq iş vaxtının cəmlənmiş uçotu cədvəllərini tərtib etmək;

  • Əmək haqqına dair sorğu və sualların cavablandırılmasını həyata keçirmək;

  • DSMF tərəfindən ödənilən müavinətlərin elektron hökumət sistemində işləmək;

  • Əmək haqqı ilə bağlı Vergilər Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq;

  • Vahid rüblük hesabatın (DSMF)  və statistika hesabatlarını tərtib etmək;

  • İşçi məlumatlarının düzgün axını və saxlanmasını təmin etmək, müvafiq struktur bölmələr arasında koordinasiyaya cavabdeh olmaq (o cümlədən ətraflı hesabatların hazırlanması/paylanması, məsələn, iş saatları, əlavə iş, məzuniyyət balansları, işçilərin sayı və s.).

İş şəraiti:

  • 5 günlük iş qrafiki;

  • Ünvan - Bakı, Hüseynbala Əliyev 32/24

  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Əmək haqqı mühasibi” yazmaqla qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11693

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Hüquqşünas

Tam Ştat

Hüquqşünas ixtisası üzrə ali təhsil; Yüksək səviyyədə qanunvericilik biliyi; Sahə üzrə 1-2 il iş təcrübəsi; Azərbaycan dilini mükəmməl bilməli, sərbəst şəkildə yazmaq, fikir izah etmə və nitq söyləmə bacarıqlarına malik olmalı; Rus və İngilis dilini bilən namizədlərə üstünlük verilir; Güclü ünsiyyət və danışıq qabiliyyəti; Komandada işləmək bacarığı. Vəzifə öhdəlikləri: Departamentin fəaliyyət istiqamətləri üzrə hüquqi məsələlərə dair araşdırma aparmaq və rəy hazırlamaq; Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına nəzarət etmək; İddia ərizəsi, apellyasiya və kassasiya şikayəti, etiraz, vəsatət və sairə hüquqi sənədləri tərtib etmək; Hüquqi sənədlərin işlənib hazırlanmasında, məktub və sorğulara cavabın hazırlanmasında iştirak etmək, qanunvericiliyin tətbiqi ilə bağlı mübahisəli məsələlərə dair rəy hazırlamaq; Müqavilənin hazırlanması, rəsmiləşdirilməsi, analizinin aparılması aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün müvafiq işlərin icrası; Müqavilənin hazırlanması, eləcə də bağlanması üçün zəruri olan görüş və danışıqlarda, eləcə də iclaslarda iştirak etmək; Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları tələb edilən qaydada və müddətdə icra etmək; Əlaqədar qurumlarla işləmək. İş şəraiti: 5 günlük iş qrafiki; İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24 Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Hüquqşünas” üzrə yazmaqla qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.