İnfrastruktur İşləri üzrə sahə mühəndisi (Ağdərə)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 6 iyun 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Yol, kommunikasiya xətləri və digər infrastruktur işlərinin icrasına nəzarət etmək
Layihə üzrə iş qrafikinin icrasını təmin etmək
Tikinti sahəsində texniki və əməliyyat proseslərini koordinasiya etmək
Material və texnikanın düzgün istifadəsinə nəzarət etmək
Texniki sənədləşmə və hesabatların hazırlanmasını təmin etmək
Keyfiyyət və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etməkLayihə dəyişiklikləri zamanı operativ qərarların verilməsi və tətbiqi
Materialların düzgün istifadəsinə və sahədə resursların idarə olunmasına nəzarət
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək
Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi
Tələblər
Müvafiq sahə üzrə ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli sahə)
Tikinti sahəsində minimum 5 il iş təcrübəsi
Tikinti prosesləri və texnologiyaları üzrə yaxşı bilik
Layihə sənədlərini (çertyoj, plan və s.) oxuma bacarığı
Planlaşdırma və təşkilatçılıq bacarıqları
Azərbaycan dilində sərbəst, İngilis dili biliyi üstünlükdür
MS Office proqramlarında işləmə bacarığı (AutoCAD üstünlükdür)
Komandada işləmək və effektiv kommunikasiya bacarığı
Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq
Muraciətinizi cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanlarına “İnfrastruktur işləri üzrə sahə mühəndisi (Ağdərə)” başlığı ilə göndərməklə edə bilərsiniz.
Necə Müraciət Etmək Olar
North West
Other
North West Construction (NW Construction) 2007-ci ildə təsis edilmiş müasir tikinti və mühəndislik şirkətidir və Azərbaycanda, eləcə də xaricdə kompleks infrastruktur layihələrinin icrasında iştirak edir. Şirkət portfelində yer alan görkəmli layihələrə CAREC Dəhlizi 2 Karakalpakstan yol layihəsi, Gəncə Mall ticarət mərkəzi, Bravo hipermarketləri və paylama anbarı, Sumqayıt Tütün Fabriki kimi iri obyektlər daxildir, eləcə də Port Baku Towers, Port Baku Residence, Baku White City – Knights Bridge yaşayış kompleksi, Ritz-Carlton Hotel, Baku Boulevard Hotel, Baku Intourist Hotel və Pik Palace Şahdağ Hotel kimi layihələrdə iştirak edib. NW Construction müxtəlif sahələr üzrə — sənaye obyektləri, çoxfunksiyalı binalar, yollar, körpülər, tunellər, su və kanalizasiya sistemləri və enerji layihələri tikib-qurmaq və mühəndislik xidmətləri göstərmək bacarığına malikdir. Şirkət həmçinin layihələrin idarə edilməsi və mühəndislik həlləri təklif edir və dünya miqyasında müştəri və tərəfdaş şəbəkəsi ilə işləyir, müasir tikinti metodları, keyfiyyət və təhlükəsizlik standartlarını əsas götürür. NW Construction-un Bakıdakı ofisi Port Baku Walk binasında yerləşir və şirkət davamlı inkişaf və peşəkar komandaya investisiya qoyaraq gələcək layihələr üçün dayanıqlı bazanı gücləndirməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18166
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+