İnformasiya Təhlükəsizliyi üzrə Böyük Mütəxəssis (Pentester)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 fevral 2026
Son Tarix: 5 mart 2026
Təsvir
Web, API və mobil tətbiqlərin sızma testlərinin həyata keçirilməsi (OWASP Top 10, API Security Top 10);
Cloud mühitlərində (Azure/AWS/GCP) və dövlət buludunda konfiqurasiya zəifliklərinin aşkar edilməsi;
Phishing, social engineering və physical security sınaqlarının aparılması;
CI/CD xətlərində SAST/DAST və container təhlükəsizliyi (Docker/Kubernetes) testlərinin icrası;
Texniki və menecment səviyyəsində ətraflı hesabatların hazırlanması;
Tövsiyələrin prioritetləşdirilməsi və risklərin idarə olunması planının təqdim edilməsi;
Planlı və tələb üzrə sızma testlərinin icrası və nəticələrin rəhbərliyə çatdırılması;
Aşkarlanmış zəifliklərin istismara yararlığını yoxlamaq və sübutlarla təsdiqlənməsi;
SOC komandası ilə əməkdaşlıq edərək zəifliklərin aradan qaldırılmasının izlənilməsi;
Yeni hücum metodlarını, alətləri və CVE-ləri mütəmadi izləmək və tətbiq edilməsi;
Təşkilatın daxili siyasətlərinə və beynəlxalq standartlara (ISO 27001:2022) uyğunluğun dəstəklənməsi.
Tələblər
Təhsil səviyyəsi: Müvafiq istiqamət üzrə bakalavr;
İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 3 il;
Xarici dil: İngilis-yüksək səviyyədə;
Sızma testi üzrə ən azı 1 il real təcrübəyə sahib olması;
Linux və Windows mühitləri, şəbəkə protokolları, Active Directory, VPN və firewall strukturları üzrə biliklərinin olması;
Burp Suite, Metasploit, Nmap, Nessus, Cobalt Strike, Kali Linux və oxşar alətlərlə iş bacarığının olması.
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9164
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+