Ana Səhifə
Vakansiyalar

İlməkçi (Biləcəri qəsəbəsi üzrə)

İlməkçi (Biləcəri qəsəbəsi üzrə)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 24 fevral 2026

Son Tarix: 9 mart 2026

Təsvir

  • Dinamik və statik yüklərin qaldırılması, daşınması və yerləşdirilməsi üçün ilməyin qurulması, bağlanması və bərkidilməsini icra etmək;

  • Kran maşinistinə siqnalın, işarənin verilməsi və yükün qaldırılması, daşınması və yerə qoyulması zamanı yükə nəzarət etmək;

  • Yükün kütləsi və ölçülərinə əsasən lazimi yük tutucu vasitələrin seçilməsini icra etmək;

  • Yük tutucu vasitələrin yararlı olub-olmadığını müəyyənləşdirmək;

  • Yüklərin sarınması və qaldırılması işini yüklərin sarınması sxeminə müvafiq aparmaq;

  • Daşınan yüklərin kütləsinin və ağırlıq mərkəzinin gözəyari müəyyənləşdirilməsini icra etmək;

  • Sadə ağır və çoxda mürəkkəb olmayan yüklərin ilməyinin qurulması qaydasını icra etmək;

  • Yük tutucu vasitələrin istismar müddətini və onların yükgötürmə qabiliyyətini icra etmək;

  • Yük tutucu vasitələrin iş prinsipini icra etmək;

  • Yüklərin yığılma qaydalarını və ölçülərini icra etmək;

  • Yük tutucu vasitələrin səliqəli və işə yararlı vəziyyətdə saxlanması üzrə tələbləri icra etmək.

Tələblər

  • Təhsil: Ümumi təhsil

  • İlməkçi peşəsi üzrə sertifikat və vəsiqə;

  • Təhlükəli və digər yüklərin ilməkləmə qaydaları;

  • Yük tutma vasitələrinin istismar qaydaları;

  • Yükləmə-boşalma əməliyatı zamanı texniki təhlükəsizlik qaydaları;

  • Açıq məkanda işləmə bacarığı;

  • Yük qaldırma və daşınma işlərində iştirak edə biləcək fiziki sağlamlıq;

  • Diqqətlilik.

Necə Müraciət Etmək Olar

Azərbaycan Dəmir Yolları

Azərbaycan Dəmir Yolları

Other

Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9539

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Yol montyoru Şəki

Tam Ştat

Gündəlik olaraq görüləcək təmir işləri, iş yeri, istehsalat işlərinin təhlükəsizlik qaydaları haqqında müvafiq rəhbərdən cari təlimat almaq və təlimat alınması barədə müvafiq jurnalı imzalamaq; İşə başlamazdan əvvəl iş alətlərinin və mühafizə vasitələrinin yararlığını yoxlamaq; İş yerinə getmə və qayıtma marşurutuna əsasən görüləcək işin tərkibindən asılı olaraq yolun üst quruluşu materiallarını (yoldəyişən qurğu və onun elementləri, tipindən asılı olaraq, relslər, şpallar, tirlər, bağlayıcılar), iş alətlərini yükləmək və boşaldmaq; Məsafədən asılı olaraq iş alətlərini və materialları yol vaqoncuğu və ya drezinlə daşımaq; Materialların drezinə yüklənməsi zamanı kranla işləmək üçün ilməkçiləri, yolda işləyən zaman yolu çəpərləmək üçün siqnalçıları təyin etmək; Standartlara uyğun olaraq yolda əsaslı, orta və cari təmir işlərini (yoldəyişənlərin və ya elementlərinin, relslərin, şpalların, bağlayıcıların yenisi və ya nisbətən yararlısı ilə əvəz edilməsi, bərkidilməsi, yolun qaldırılması, şpalların altının döyülməsi) yerinə yetirmək, diaqnostik vaqonun nəticələrinə əsasən rels xətlərinin bir birinə nisbətini, yolun planda səviyyəsini ölçmək, darlıq və genlikləri, şaquli təkanları aradan qaldırmaq; Yoldəyişənlərin təmizlənməsi, yağlanması, yolların, yolun kənarlarının otdan və alaqlardan təmizlənməsi işlərini yerinə yetirmək; Körpü və süni qurğular üzrə yol montyorları tərəfindən körpülərdə, su ötürücü qurğularda təmir işlərini, axının qarşısını alan tullantıların, ot və alaqların təmizlənməsi işlərini yerinə yetirmək.