İcraçı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 24 fevral 2026
Son Tarix: 30 mart 2026
Təsvir
Borclulara qarşı məhkəmə iddialarının qaldırılmasında və qanunun tələblərinə əsasən borcların alınmasında birbaşa iştirak edilməsi;
Məhkəmədə iddialarla bağlı qərarların icrasının təmin edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi;
Məhkəmə qərarlarının vaxtında alınması və aidiyyatı üzrə təqdim edilməsi;
Mübahisə tərəfləri ilə əlaqələrin yaradılması və danışıqların aparılması;
Müvafiq məlumat bazasının yaradılması;
Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, hüquqi rəy verilməsi, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması.
İş şəraiti:
İş günləri: I-V günlər tam iş günü, şənbə günü qısa iş günü;
Rəqabət qabiliyyətli əmək haqqı.
İş yeri: Bakı / Sumqayıt.
Tələblər
Ali təhsil (hüquq təhsili olması üstünlükdür);
Hüquq, problemli kreditlər sahəsində, və ya hüquq mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır;
Məsuliyyətlilik, aktivlik və çeviklik;
Məqsədyönlülük, komandada işləmək bacarığı.
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9645
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+