Ana Səhifə
Vakansiyalar

Hüquqşünas (Məhkəmələr və İcra işləri üzrə)

Hüquqşünas (Məhkəmələr və İcra işləri üzrə)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 27 may 2026

Son Tarix: 25 iyun 2026

Təsvir

  • Şöbəsinin fəaliyyətini tənzimləyən qayda və prosedurların hazırlanmasında iştirak etmək;

  • Birbaşa icraatında olan bütün işlərin uçotunu, hesabatlılığını, eləcə də həmin işlər üzrə sənədlərin qorunub saxlanmasını təmin etmək;

  • Məhkəmə, dövlət orqanları, yerli özünü idarəetmə orqanları, publik hüquqi şəxslər, kommersiya qurumları qarşısında Şirkəti təmsil etmək;

  • Şirkətin barəsində çıxarılmış məhkəmə qərarlarının icrası ilə bağlı zəruri tədbirləri görmək;

  • İddia ərizələri, apellyasiya və kassasiya şikayətləri, dövlət orqanlarına ərizə və şikayətlərin yazılması, kontragetlərə peretenziyaların yazılması və mübahisəli məsələlərlə əlaqədar sair yazışmaların aparılması;

  • Mübahisəli məsələlərlə bağlı kontragetlərlə görüşlərdə iştirak etmək;

  • Daxil olan şikayət və ərizələrin qanunvericiliyin tələbinə uyğun araşdırılması və cavablandırılması;

  • Şirkətdaxili araşdırmalarda iştirak etmək.

Tələblər

  • Təhsil: Ali (Hüquq sahəsi üzrə)

  • Yaş həddi: 25-35;

  • İş təcrübəsi: 3-5 il;

  • Dil bilikləri: Azərbaycan dili (Rus və İngilis dilləri arzuolunandır)

  • Kompüter bilikləri: Ofis proqramları (MS Word, Excel, PowerPoint,Outlook) ilə sərbəst işləmək bacarığı;

  • Sürücülük vəsiqəsi: B kateqoriya;

  • Ölkə daxili ezamiyyət imkanları.

İş şəraiti:**

  • İş saatı: 09-00-dan 18-00-dək;

  • İstirahət: şənbə və bazar günü

  • İş yeri: Luxen Plaza

Necə Müraciət Etmək Olar

Mətanət A Şirkətlər Qrupu

Mətanət A Şirkətlər Qrupu

Manufacturing

2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18699

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya