HSE Auditor

Tam Ştat

Direktor

Razılaşma yolu ilə

Yerləşdirilib 19 fevral 2026

Son Tarix: 18 mart 2026

Təsvir

Vəzifənin qısa təsviri: Audit və Daxili Nəzarət Departamentinin Direktoruna hesabat verir. Bu vəzifənin əsas məqsədi Qrup üzrə vahid Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit (HSE) İdarəetmə Sisteminin (HSE-İS) qurulmasını və davamlı fəaliyyətini təmin etmək, ISO 45001, ISO 14001 beynəlxalq standartlarına və yerli qanunvericilik tələblərinə uyğunluğu qorumaqdır.

Funksiya PRE ekosistemi üzrə HSE siyasətlərinin tətbiqini, risklərin proaktiv idarə olunmasını, təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasını və ekoloji davamlılıq təşəbbüslərinin icrasını əhatə edir

Əsas vəzifə öhdəlikləri:

  • Qrup üzrə HSE İdarəetmə Sistemini (HSE-İS) formalaşdırmaq, tətbiq etmək və beynəlxalq standartlar (ISO 45001, ISO 14001) və yerli normativ tələblərlə uyğunluğunu təmin etmək;

  • PRE ekosistemi üzrə HSE siyasətlərinin, prosedurlarının və risklərin idarə edilməsi çərçivələrinin hazırlanması və tətbiqini təmin etmək;

  • HSE risk qiymətləndirmələri aparmaq, audit və yoxlamalar həyata keçirməklə uyğunluğu təmin etmək və risklərin azaldılmasına yönəlmiş qabaqlayıcı tədbirlər görmək;

  • Hadisələrin və qəza hallarının qeydiyyatını, araşdırılmasını və düzəldici tədbirlərin icrasını təmin etməklə təhlükəsizlik mədəniyyətini inkişaf etdirmək;

  • Ətraf mühitin mühafizəsi və davamlılıq təşəbbüslərini idarə etmək (tullantıların idarə olunması, çirklənmənin qarşısının alınması, enerji səmərəliliyi proqramları);

  • Bütün obyektlər və aktivlər üzrə fövqəladə hallara hazırlıq və reaksiya planlarının mövcudluğunu və effektivliyini təmin etmək;

  • Bütün biznes bölmələri üzrə HSE siyasətlərini, prosedurlarını və şablonlarını hazırlamaq və standartlaşdırmaq.

  • Podratçı və təchizatçıların HSE üzrə uyğunluğunu və fəaliyyət göstəricilərini nəzarətdə saxlamaq.

  • Rəhbərliyin məlumatlılığını təmin etmək məqsədilə mərkəzləşdirilmiş HSE sənədləşməsini və hesabat panellərini (dashboard) idarə etmək.

  • Gündəlik yoxlamalar, “toolbox talk”lar və HSE üzrə brifinqlər keçirmək.

  • Podratçıların və işçi heyətinin HSE göstəricilərini izləmək.

  • Uyğunsuzluq qeydlərini (NCR), korrektiv və preventiv tədbirləri (CAPA) və audit nəticələrini izləmək.

  • HSE üzrə əsas performans göstəricilərini (KPI), uyğunluq və icmal hesabatlarını hazırlamaq və davamlı təkmilləşdirməni təmin etmək;

  • Bütün biznes bölmələri üzrə HSE təlimləri, maarifləndirmə və davranışa əsaslanan təhlükəsizlik proqramlarını təşviq etmək.

  • Əməliyyat Şirkətlərində mövcud olan HSE siyasətləri, prosedurları və idarəetmə sistemlərinin effektivliyini və uyğunluğunu təhlil etmək və auditini aparmaq;

  • Əməliyyat Şirkətlərində HSE fəaliyyətləri üzrə daimi monitorinq və nəzarət mexanizmlərinin qurulmasında iştirak etmək;

  • Qrup səviyyəsində HSE risklərinin azaldılmasına yönəlmiş tövsiyələr vermək.

Tələblər

Tələb olunan təhsil və təcrübə:

  • Ali təhsil (Əməyin mühafizəsi, Sənaye təhlükəsizliyi, Ətraf mühit, Mühəndislik, Hüquq və ya əlaqəli sahələr)

  • HSE, daxili audit, risklərin idarə edilməsi və ya uyğun sahədə minimum 5 il iş təcrübəsi

  • Beynəlxalq HSE standartları üzrə praktiki bilik və tətbiq təcrübəsi

Peşəkar bilik və bacarıqlar:

  • HSE qanunvericiliyi və tənzimləyici tələblər üzrə dərin bilik

  • ISO 45001, ISO 14001, və oxşar biliklər (sertifikatlar üstünlükdür)

  • Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi metodologiyaları

  • Audit planlaşdırılması, icrası və hesabatlaşdırılması bacarığı

  • Analitik düşünmə və sistemli yanaşma

  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları

Şəxsi keyfiyyətlər (Soft Skills):

  • Müstəqil və obyektiv qərarvermə bacarığı

  • Yüksək məsuliyyət və etik davranış

  • Detallara diqqət və nəticəyönümlülük

  • Müxtəlif maraqlı tərəflərlə effektiv əməkdaşlıq bacarığı

  • Prioritetləri düzgün müəyyənləşdirmə bacarığı

Dil bilikləri:

  • Azərbaycan dili və İngilis dili – yaxşı / çox yaxşı (audit və hesabatlar üçün)

Necə Müraciət Etmək Olar

Pasha Real Estate

Pasha Real Estate

Other

PAŞA Real Estate Azərbaycanda lüks daşınmaz əmlak bazarında aparıcı qrup olaraq yüksək səviyyəli yaşayış, pərakəndə və kommersiya obyektləri təklif edir. Şirkət innovativ layihələr ilə şəhər həyatında keyfiyyət və dayanıqlıq standartlarını yenidən müəyyən edir və sakinlərin rahatlığını təmin edən dünya səviyyəli imkanlarla fərqlənir. Məqsədi yalnız daşınmaz əmlak satış və icarəsi deyil, həm də cəmiyyətlərin formalaşmasına töhfə verməkdir. PAŞA Real Estate Group PASHA Holding-in törəmə şirkəti kimi fəaliyyət göstərir və Port Baku Residence, Crescent Bay, Crescent Residences kimi prestijli layihələrə sahibdir. Qrup həmçinin Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqroda da aktiv olaraq regional səviyyədə inkişaf edir və müştərilərə investisiya və yaşayış üçün etibarlı daşınmaz əmlak həlləri təqdim edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9373

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Direktor

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Yığım üzrə mütəxəssis

Tam Ştat

Vəzifənin qısa təsviri: Yığım üzrə mütəxəssis (Collections Specialist) borclarının vaxtında və effektiv şəkildə yığılmasına cavabdehdir və eyni zamanda müştərilərlə güclü və peşəkar münasibətlərin qorunmasını təmin edir. Bu vəzifə ödənişlərin vaxtında daxil olmasına nəzarət edir, maliyyə risklərini minimuma endirir və şirkətin siyasətinə, eləcə də premium daşınmaz əmlak standartlarına uyğun olaraq pul vəsaitlərinin dövriyyəsinin optimallaşdırılmasını dəstəkləyir. Vəzifə öhdəlikləri: Müştəri hesablarını izləyərək ödənilməmiş qalıqları, gecikmiş ödənişləri və potensial riskləri müəyyən etmək Borcların vaxtında ödənilməsi üçün müştərilərlə telefon, e-poçt və rəsmi yazışmalar vasitəsilə proaktiv əlaqə saxlamaq Şirkət siyasətlərinə uyğun olaraq ödəniş qrafikləri, hissəli ödəniş planları və razılaşmalar üzrə danışıqlar aparmaq Bütün ödəniş fəaliyyəti barədə məlumatları CRM və mühasibat sistemlərində dəqiq və aktual şəkildə qeydiyyata almaq Vəd edilmiş ödənişləri mütəmadi izləmək və həll olunmamış və ya yüksək riskli halları zərurət olduqda eskalasiya etmək Hesab-faktura uyğunsuzluqlarını və mübahisələri Satış, Maliyyə və İnvestisiya komandaları ilə sıx əməkdaşlıq çərçivəsində araşdırmaq və həll etmək Daxili prosedurlara, müqavilə şərtlərinə və qüvvədə olan qanunvericiliyə tam riayət olunmasını təmin etmək Rəhbərliyə mütəmadi olaraq borcların yaşlandırma hesabatlarını, ödəniş statusu yeniləmələrini və performans təhlillərini təqdim etmək Debitor borcların dövretmə müddətinin (DSO) azaldılmasına və problemli borc riskinin minimuma endirilməsinə fəal töhfə vermək Müştərilərlə uzunmüddətli əməkdaşlığı və brend nüfuzunu dəstəkləmək məqsədilə peşəkar münasibətlər qurmaq və qorumaq Hesablaşma və maliyyə məsələləri ilə bağlı müştəri sorğularına operativ və peşəkar şəkildə cavab vermək, şikayətlərin effektiv həllini təmin etmək Ödənişlər üzrə son tarixləri səmərəli şəkildə təşkil etmək, prioritetləşdirmək və idarə etmək Həll olunmamış hallarla bağlı Hüquq və Komplayens şöbələri ilə koordinasiya edərək rəsmi bərpa proseslərinə başlamaq Biznes ehtiyaclarına uyğun olaraq rəhbərlik tərəfindən həvalə olunan digər əlaqəli vəzifələri yerinə yetirmək

Senior MEP Specialist (Commercial & Procurement)

Tam Ştat

Role Synopsis: Senior MEP Specialist (Commercial & Procurement) leads technically complex procurement categories (MEP, HVAC, ELV, infrastructure, specialist systems, technical materials) across the group’s construction projects. This role ensures that technical scopes are procured at the best value while meeting quality, compliance, and delivery requirements. The role bridges engineering, project management, and procurement — driving value engineering in construction projects. Job responsibilities: Strategic Procurement: Develop and execute category strategies for MEP and construction related procurement. Lead high-value tenders from scoping to contract award, ensuring alignment with project objectives. Benchmark costs and track market trends to drive competitive procurement. Technical & Commercial Leadership: Collaborate with design, engineering, and construction teams to define technical procurement scopes. Lead comprehensive technical bid evaluations and ensure compliance across all submissions. Drive value engineering initiatives and support the adoption of innovative solutions. Supplier & Contract Management: Build and manage a qualified supplier network locally and internationally. Negotiate robust technical contracts covering warranties, performance metrics, and cost structures. Monitor supplier performance and manage contractual issues, variations, and claims. Governance & Process: Ensure adherence to internal procurement policies and external audit requirements. Promote transparency and reporting across all technical procurement activities. Support the digitalization of procurement through ERP systems and reporting tools. Requirements Education & Qualifications / Experience: Bachelor’s degree in Mechanical/Electrical Engineering, Construction Management, or a related field, preferably obtained from an international institution. Professional certifications (e.g., CIPS, PMP, RICS) are an advantage. 5–10 years of civil engineering experience, with at least 3 years in MEP/technical categories in construction. Proven track record in large-scale real estate, construction, or infrastructure projects. Experience negotiating and managing high-value, technically complex contracts. Familiarity with international supplier markets (Middle East, Europe, Asia). Required skills: Deep technical knowledge of MEP systems, infrastructure, and specialist materials. Strong commercial acumen and negotiation capabilities. Analytical approach to bid evaluation and benchmarking. Familiarity with FIDIC and similar contract forms. Effective communication and stakeholder management skills. About this role Job Type Full-time Interested candidates can apply via the link in the Apply for job button.

MEP üzrə baş mütəxəssis (Kommersiya və Satınalma)

Tam Ştat

Vəzifənin qısa təsviri: MEP üzrə baş mütəxəssis (Kommersiya və Satınalma) şirkətin tikinti layihələri üzrə texniki cəhətdən mürəkkəb satınalma kateqoriyalarına (MEP, HVAC, ELV, infrastruktur, ixtisaslaşmış sistemlər və texniki materiallar) strateji və əməliyyat səviyyəsində icra edir. Bu vəzifə texniki iş həcmlərinin keyfiyyət, normativ uyğunluq və vaxtında icra tələblərinə cavab verməklə optimal kommersiya şərtləri əsasında təmin olunmasına cavabdehdir. Rol mühəndislik, layihə idarəetməsi və satınalma funksiyaları arasında effektiv koordinasiyanı təmin edərək tikinti layihələrində dəyər mühəndisliyi yanaşmasını təşviq edir. Vəzifə öhdəlikləri**:** Strateji Satınalma: MEP və tikinti ilə əlaqəli kateqoriyalar üzrə uzunmüddətli satınalma strategiyalarının hazırlanması və icrası. Yüksək dəyərli tender proseslərinə texniki tapşırıq mərhələsindən müqavilənin bağlanmasına qədər rəhbərlik edilməsi və layihə məqsədləri ilə tam uyğunluğun təmin olunması. Xərclərin müqayisəli təhlili, bazar araşdırmaları və qiymət bençmarkinqi vasitəsilə rəqabətli satınalmanın təmin edilməsi. Texniki və Kommersiya Liderliyi: Dizayn, mühəndislik və tikinti komandaları ilə sıx əməkdaşlıq edərək texniki satınalma iş həcmlərinin dəqiq müəyyənləşdirilməsi. Texniki və kommersiya təkliflərinin kompleks qiymətləndirilməsinə rəhbərlik və uyğunluğun təmin edilməsi. Dəyər mühəndisliyi təşəbbüslərinin irəli sürülməsi və innovativ, səmərəli həllərin tətbiqinin təşviqi. Təchizatçı və Müqavilə İdarəetməsi: Yerli və beynəlxalq bazarlarda ixtisaslı və etibarlı təchizatçı şəbəkəsinin formalaşdırılması və idarə olunması. Zəmanət öhdəlikləri, performans göstəriciləri və xərc strukturlarını əhatə edən güclü texniki müqavilələr üzrə danışıqların aparılması. Təchizatçı performansının monitorinqi, müqavilə dəyişikliklərinin, iddiaların və risklərin effektiv idarə olunması. İdarəetmə və Proseslər: Daxili satınalma siyasətlərinə və xarici audit tələblərinə tam riayət olunmasının təmin edilməsi. Texniki satınalma fəaliyyətlərində şəffaflıq, hesabatlılıq və nəzarət mexanizmlərinin gücləndirilməsi. ERP sistemləri və müasir hesabat alətləri vasitəsilə satınalma proseslərinin rəqəmsallaşdırılmasının dəstəklənməsi.