HR Generalist
Bakı
Tam Ştat
Orta Səviyyə
900 - 1.000 AZN
Yerləşdirilib 31 mart 2026
Son Tarix: 19 aprel 2026
Təsvir
"Groupone" MMC “HR Generalist” vəzifəsinə vakansiya elan edir:
Vəzifə öhdəlikləri:
Əmək qanunvericiliyinə, daxili əsasnamə və prosedurlara uyğun olaraq işçilərin işə qəbulu, işdən azad olunması, vəzifə dəyişiklikləri, transfer və digər kadr əməliyyatlarının icra edilməsi;
İşçilərlə bağlı bütün kadr sənədlərinin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsinin təmin edilməsi;
Əmək müqavilələrinin, əlavələrin, əmrlərin və digər kadr sənədlərinin hazırlanması;
İşçilərlə bağlı bütün dəyişikliklərin müvafiq dövlət portallarına vaxtında və düzgün şəkildə daxil edilməsi;
Əmək kitabçalarının qeydiyyatının aparılması, yeni əmək kitabçalarının açılması və zərurət olduqda doldurulması;
Məzuniyyət qrafikinin hazırlanması, məzuniyyətlərin izlənilməsi və uçotunun aparılması;
İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və arxivləşdirilməsi;
İşçilərin müraciətləri əsasında arayış, xasiyyətnamə və digər rəsmi sənədlərin hazırlanması;
Yeni əməkdaşların işə qəbul və adaptasiya prosesinin koordinasiya olunması;
Vakansiya elanlarının hazırlanması və paylaşılması;
Namizədlərin ilkin dəyərləndirilməsi, müsahibələrin təşkili və seçim prosesində iştirak;
Əcnəbi əməkdaşlarla bağlı miqrasiya sənədlərinin hazırlanması, izlənilməsi və miqrasiya proseslərinin koordinasiya olunması;
Miqrasiya ilə bağlı icazələrin, qeydiyyat və digər zəruri sənədlərin müddətlərinə nəzarət edilməsi və yenilənmə prosesinin təşkili;
İşçilərin gündəlik davamiyyətinin (tabel) izlənilməsi, tabel məlumatlarının hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
Restoran əməliyyat komandası ilə sıx əməkdaşlıq edərək işçi ehtiyaclarının vaxtında qarşılanmasının təmin edilməsi;
HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
İşçi intizamı, daxili qaydalar və əmək münasibətləri ilə bağlı məsələlərin operativ həllinə dəstək göstərilməsi.
Namizədə dair tələblər:
Ali təhsil (idarəetmə, biznesin təşkili və ya əlaqəli sahə üzrə üstünlükdür);
Restoran və ya hotel sferasında İnsan Resursları sahəsi üzrə minimum 3-4 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
MS Office (xüsusilə MS Excel yaxşı səviyyədə bilməli) işləmək bacarığı;
Azərbaycan və Rus dil biliyi (şifahi və yazılı) mütləqdir;
Güclü ünsiyyət, təşkilatçılıq və koordinasiya bacarığı;
Komandada işləmək və eyni zamanda müstəqil qərarvermə bacarığı;
Məsuliyyətli, təşəbbüskar, detallara diqqətli və operativ olmaq;
Çoxşaxəli iş mühitində işləmək bacarığı.
İşində motivasiyalı, öyrənməyə açıq və təşəbbüskar olması arzu olunandır.
İş şəraiti:
İş saatları: 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00;
İstirahət günü: Şənbə, Bazar;
İş yeri: Bakı şəhəri, Globus Center;
Nahar şirkət tərəfindən verilir;
Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;
Əmək haqqı: 900-1000 AZN.
Uyğun namizədlər öz CV-lərini “HR Generalist” başlığı ilə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Groupone
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12311
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə