Şirkətlərə Qayıt
Groupone

Groupone

2

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

2 iş elanı

Groupone

Supervayzer

Groupone

Tam Ştat
Orta Səviyyə

İş yeri - Restoran Shakespeare Vəzifə öhdəlikləri: Restoranın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək; Restoranın performansını izləmək və təkmilləşdirmək üçün müvafiq tədbirlər görmək; Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirilməsinə nəzarət etmək; Restoran personalı – ofisiant, ofisiant köməkçisi, barmen, xadimə və inzibati heyətin iş qrafiklərini hazırlanmaq və ədalətli bölüşdürülmək; Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək; Restoran heyətini idarə etmək, təlimlər keçirmək və işçilərin inkişafını təmin etmək; Satışların artırılması və müəyyən edilmiş hədəflərə çatmaq üçün təşəbbüslərin həyata keçirilməsini təmin etmək; Qida təhlükəsizliyi və gigiyena standartlarına riayət olunmasına nəzarət etmək; Restoranda sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək; Texniki xidmət və təmir işlərinin vaxtında və effektiv şəkildə yerinə yetirilməsinin təmin edilməsi üçün lazımi şöbələrə məlumat vermək. Namizədə dair tələblər: Təcrübə: Restoran və ya hotel sferasında 3 - 5 il idarəetmədə təcrübə; Xidmət sektorunda müştəri yönümlü düşüncə tərzi; Yüksək səviyyədə təşkilatçılıq və problem həll etmə bacarığı; Azərbaycan və rus dili biliyi, ingilis dili arzu olunandır. Kompüter bilikləri: Excel, Word, Outlook və digər ofis proqramlarından istifadə etmək bacarığı. Təminatlar: Nahar şirkət tərəfindən verilir; İş qrafiki: 6 günlük; Əmək haqqı – işçinin təcrübəsinə əsasən intervyu zamanı müəyyən olunacaq. İş yeri: Bakı şəhəri, Səbail r,. Əziz Əliyev kuc. 11 Vakansiya ilə maraqlanan namizədlər şəkilli tərcümeyi-halını (CV) qeyd olunan elektron poçt ünvanına və ya 010 2329119 nömrəsinin whatsappına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.

Groupone

HR Generalist

Groupone

Tam Ştat
Orta Səviyyə

"Groupone" MMC “HR Generalist” vəzifəsinə vakansiya elan edir: Vəzifə öhdəlikləri: Əmək qanunvericiliyinə, daxili əsasnamə və prosedurlara uyğun olaraq işçilərin işə qəbulu, işdən azad olunması, vəzifə dəyişiklikləri, transfer və digər kadr əməliyyatlarının icra edilməsi; İşçilərlə bağlı bütün kadr sənədlərinin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsinin təmin edilməsi; Əmək müqavilələrinin, əlavələrin, əmrlərin və digər kadr sənədlərinin hazırlanması; İşçilərlə bağlı bütün dəyişikliklərin müvafiq dövlət portallarına vaxtında və düzgün şəkildə daxil edilməsi; Əmək kitabçalarının qeydiyyatının aparılması, yeni əmək kitabçalarının açılması və zərurət olduqda doldurulması; Məzuniyyət qrafikinin hazırlanması, məzuniyyətlərin izlənilməsi və uçotunun aparılması; İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və arxivləşdirilməsi; İşçilərin müraciətləri əsasında arayış, xasiyyətnamə və digər rəsmi sənədlərin hazırlanması; Yeni əməkdaşların işə qəbul və adaptasiya prosesinin koordinasiya olunması; Vakansiya elanlarının hazırlanması və paylaşılması; Namizədlərin ilkin dəyərləndirilməsi, müsahibələrin təşkili və seçim prosesində iştirak; Əcnəbi əməkdaşlarla bağlı miqrasiya sənədlərinin hazırlanması, izlənilməsi və miqrasiya proseslərinin koordinasiya olunması; Miqrasiya ilə bağlı icazələrin, qeydiyyat və digər zəruri sənədlərin müddətlərinə nəzarət edilməsi və yenilənmə prosesinin təşkili; İşçilərin gündəlik davamiyyətinin (tabel) izlənilməsi, tabel məlumatlarının hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi; Restoran əməliyyat komandası ilə sıx əməkdaşlıq edərək işçi ehtiyaclarının vaxtında qarşılanmasının təmin edilməsi; HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi; İşçi intizamı, daxili qaydalar və əmək münasibətləri ilə bağlı məsələlərin operativ həllinə dəstək göstərilməsi. Namizədə dair tələblər: Ali təhsil (idarəetmə, biznesin təşkili və ya əlaqəli sahə üzrə üstünlükdür); Restoran və ya hotel sferasında İnsan Resursları sahəsi üzrə minimum 3-4 il iş təcrübəsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək; MS Office (xüsusilə MS Excel yaxşı səviyyədə bilməli) işləmək bacarığı; Azərbaycan və Rus dil biliyi (şifahi və yazılı) mütləqdir; Güclü ünsiyyət, təşkilatçılıq və koordinasiya bacarığı; Komandada işləmək və eyni zamanda müstəqil qərarvermə bacarığı; Məsuliyyətli, təşəbbüskar, detallara diqqətli və operativ olmaq; Çoxşaxəli iş mühitində işləmək bacarığı. İşində motivasiyalı, öyrənməyə açıq və təşəbbüskar olması arzu olunandır. İş şəraiti: İş saatları: 09:00 – 18:00; Nahar fasiləsi: 13:00-14:00; İstirahət günü: Şənbə, Bazar; İş yeri: Bakı şəhəri, Globus Center; Nahar şirkət tərəfindən verilir; Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə; Əmək haqqı: 900-1000 AZN. Uyğun namizədlər öz CV-lərini “HR Generalist” başlığı ilə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.