Hostess
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 26 fevral 2026
Son Tarix: 25 mart 2026
Təsvir
Ümumi məlumat:
Hostes müştəriləri qarşılayaraq onlara uyğun masa ayırmaq və xidmətə məmnuniyyətlə başlamaq üçün şərait yaradır.
Vəzifə və məsuliyyətlər:
Müştəriləri gülərüzlə və nəzakətlə qarşılamaq
Masalara müşayiət etmək və menyunu təqdim etmək
Əgər masa doludursa, müştəriləri gözləmə müddəti barədə məlumatlandırmaq
Gələn zənglərə cavab verərək rezervasiyaları qəbul etmək və qeydiyyat aparmaq
Onlayn və telefonla gələn sifarişləri düzgün idarə etmək
Qonaqların xüsusi tələblərini və qeydini saxlamaq (məsələn, uşaq stolu, ad günü qeyd etməsi və s.)
Müştərilərin ehtiyaclarını diqqətlə dinləmək və onların məmnuniyyətini təmin etməyə çalışmaq
Şikayət və ya problem olduqda müvafiq meneceri məlumatlandırmaq
Restoranın giriş hissəsinin təmiz və səliqəli olmasına nəzarət etmək
Masaların doluluq vəziyyətini izləmək və masaların dönüşümünü optimallaşdırmaq
Ofisiantlarla və mətbəx heyəti ilə koordinasiyalı işləmək
Növbə zamanı masaların bölüşdürülməsi ilə bağlı əməkdaşlıq etmək
Tələblər
Orta təhsil,
Müvafiq sahədə 1 il təcrübə,
Ünsiyyətcil, təmizkarlıq, gülərüzlülük, pozitivlik kimi müsbət keyfiyyətlərə sahib olmaq,
İş vaxtı təmiz və nizamlı görünmək,
Müştərilərə diqqətli və səbrli davranış sərgiləmək,
Yüksək işgüzarlıq qabiliyyəti, punktuallıq və kollektivlə işləmək bacarığı,
Azərbaycan dilini bilmək (Rus dilini bilənlərə üstünlük verilir).
Şərtlər
İş günü/saatı – həftədə 6 gün, 9 saat,
İstirahət – həftədə 1 gün,
Kafe Ağ şəhərdə yerləşir (yaxinda yaşayan əməkdaşlara üstünlük verilir)
Əmək haqqı və digər şərtlər müsahibə zamanı müzakirə olunacaq.
Cv(anket) +994503357959 nömrəsinə və yaxud qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz
Necə Müraciət Etmək Olar
Beast Group MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9802
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer