HelpDesk və Texniki Dəstək Şöbəsinin Rəhbəri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 22 iyun 2026
Təsvir
PAŞA Sığorta ASC namizədləri HelpDesk və Texniki Dəstək Şöbəsinin Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə şirkətin HelpDesk və texniki dəstək xidmətlərinin effektiv idarə olunmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə və IT əməliyyatlarının fasiləsiz işləməsinə cavabdehdir. Rəhbər olaraq, komandanın peşəkar inkişafını təmin etmək, prosesləri optimallaşdırmaq, texniki infrastrukturun idarə olunmasına nəzarət etmək və biznes məqsədlərinə uyğun innovativ həllər tətbiq etmək əsas prioritetlərdəndir.
Öhdəliklər
HelpDesk mühəndislərindən ibarət komandanın birbaşa idarə olunması, işə qəbul, performansın qiymətləndirilməsi və komandanın inkişafının təmin edilməsi.
Xidmət səviyyəsi göstəricilərinin (SLA/OLA, KPI, MTTR, CSAT) müəyyən edilməsi və monitorinqi.
ITIL metodologiyası əsasında insidentlərin idarə edilməsi və xidmət sorğularının icrası proseslərinin optimallaşdırılması.
İşçi stansiyaları, periferik avadanlıqlar və proqram təminatı lisenziyalarının satın alınması, quraşdırılması və inventarlaşdırılmasına nəzarət.
Daxili texniki heyət və son istifadəçilər üçün bilik bazasının idarə olunması və təlimatların hazırlanması.
Birinci səviyyəli dəstək və digər infrastruktur komandaları arasında eskalasiya proseslərinin koordinasiyası.
Service Desk alətləri və çat-botlar vasitəsilə təkrar olunan tapşırıqların avtomatlaşdırılması imkanlarının müəyyən edilməsi.
Texniki layihələrin vaxtında və müəyyən edilmiş büdcə çərçivəsində başa çatdırılmasını təmin etmək.
Rəsmi yazışmaları idarə etmək və texniki layihə icraçıları ilə effektiv qarşılıqlı əlaqə qurmaq.
Layihələrin şirkət standart və prosedurlarına uyğun icrasına nəzarət etmək.
Bilik və Bacarıqlar
ITIL standartları üzrə dərin biliklər və müasir Service Desk platformaları (Jira Service Management, ServiceNow, ManageEngine, GLPI) ilə iş təcrübəsi.
Windows və Linux əməliyyat sistemləri, Active Directory/Azure AD, şəbəkə əsasları (TCP/IP, DNS, VPN) və Office 365 idarəetməsi üzrə peşəkar biliklər.
İdarəetmə və koordinasiya, komanda motivasiyası və texniki məsələləri biznes dilinə çevirmək bacarığı.
Stres altında qərar qəbul etmək və problemləri effektiv həll etmək bacarığı.
Detallara diqqət və məsuliyyətlilik.
Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
Script yazmaq və proqram təminatı inkişafı sahəsində biliklər.
MS SQL və DBA üzrə biliklər.
Dil bilikləri: Azərbaycan, İngilis, Rus
Təhsil və Təcrübə
Kompüter elmləri, informasiya sistemləri və ya əlaqədar sahələr üzrə bakalavr və ya magistr dərəcəsi.
İT dəstək sahəsində ən azı 5 il iş təcrübəsi, bunun minimum 2 ili rəhbər vəzifədə olmaqla.
ITIL Foundation və ya digər müvafiq beynəlxalq sertifikatların olması üstünlükdür.
İT infrastruktur auditi və ya sistem miqrasiyası layihələrində iştirak təcrübəsi üstünlükdür.
Bizim Təklifimiz
Peşəkar və dinamik komandada işləmək imkanı.
Fərdi və peşəkar inkişaf üçün geniş imkanlar.
Şirkət daxilində şəffaflıq və əməkdaşlıq mühiti.
İnnovativ layihələrdə iştirak və biznesə real təsir imkanı.
“Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
PASHA Insurance
Finance
PASHA Insurance Azərbaycanda fəaliyyət göstərən aparıcı qeyri-həyat sığorta şirkətlərindən biridir və PASHA Holding tərkibinə daxildir. Şirkət 2006-cı ildə təsis olunub və fəaliyyətini Azərbaycan Mərkəzi Bankının verdiyi lisenziya əsasında həyata keçirir. PASHA Insurance fərdi və korporativ müştərilər üçün geniş spektrli sığorta xidmətləri təqdim edərək bazarda etibarlı və stabil sığortaçı kimi tanınır. Şirkətin məhsul portfelinə avtonəqliyyat sığortası (KASKO və icbari), əmlak sığortası, səyahət sığortası, yük və məsuliyyət sığortası, eləcə də müxtəlif korporativ sığorta həlləri daxildir. PASHA Insurance rəqəmsal xidmətlərin inkişafına, müştəri təcrübəsinin yaxşılaşdırılmasına və beynəlxalq sığorta standartlarının tətbiqinə xüsusi önəm verir və qeyri-həyat sığortası bazarında lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18245
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000