Platformalar İdarəetmə Şöbəsinin Rəhbəri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 7 iyun 2026
Təsvir
PAŞA Sığorta ASC namizədləri Platformalar İdarəetmə Şöbəsinin Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə təşkilatın məlumatların idarə olunması, analitika və süni intellekt iş axınlarını təmin edən platformaların idarə edilməsinə rəhbərlik edir, kritik data və platforma infrastrukturunun sabitliyini, miqyaslana bilməsini və təhlükəsizliyini təmin etməklə yanaşı, data mühəndisliyi, DataOps və MLOps sahələrində innovasiyaları təşviq edir və multidissiplinar komandanın inkişafına, əməliyyatların təkmilləşdirilməsinə və təşkilatın strateji məqsədlərinə nail olunmasına töhfə verir.
Öhdəliklər
Platformaların idarə olunması üzrə baxış, strategiya və yol xəritəsini təşkilatın məqsədləri ilə uzlaşdırmaq və icrasını təmin etmək.
Yeni texnologiyaları (cloud-native data platformaları, orkestrasiya, MLOps, real-time data streaming) qiymətləndirmək və tətbiq imkanlarını araşdırmaq.
RDBMS, DataOps və MLOps funksiyaları üzrə standartlaşdırmanı, ən yaxşı təcrübələri və idarəetməni təmin etmək.
DBA-lar, DataOps mühəndisləri, platforma mühəndisləri və MLOps mütəxəssislərindən ibarət multidissiplinar komandanı idarə etmək və inkişaf etdirmək.
Çarpaz funksional maraqlı tərəflərlə (Data Science, Analitika, İnformasiya Təhlükəsizliyi, Biznes vahidləri) əməkdaşlığı gücləndirmək.
Ənənəvi verilənlər bazalarının (MS SQL, PostgreSQL) performans, dayanıqlılıq, bərpa və uyğunluğunu təmin etmək.
Müasir data ekosistemi komponentlərinin (MinIO, Trino, Iceberg, Spark, Airflow, Kafka, Dataiku) idarə olunmasını, optimizasiyasını və səmərəliliyini təmin etmək.
Platformaların miqyaslana bilməsi, monitorinq, avtomatlaşdırma və xərclərin idarə olunması üzrə çərçivələr qurmaq.
Platformaları müəssisənin digər sistemləri və təhlükəsizlik çərçivələri ilə inteqrasiya etmək.
Platforma etibarlılığı və məlumatların əlçatanlığı üzrə SLA, SLO və KPI-ları müəyyənləşdirmək və icrasını təmin etmək.
Proaktiv monitorinq, xəbərdarlıq və hadisələrə cavab proseslərini tətbiq etmək.
Tutum planlaması, performans tənzimlənməsi və xərc idarəetməsini həyata keçirmək.
Təchizat, yerləşdirmə və texniki xidmət proseslərində avtomatlaşdırmanı artırmaq.
Data Science və IT komandalarının əməkdaşlığını gücləndirərək, ML modellərinin istehsal mühitinə keçirilməsini təmin etmək.
Model versiyalaşdırma, CI/CD boru xətləri, reproducibility və monitorinq proseslərini qurmaq.
DataOps yanaşmalarını tətbiq edərək data axınlarını sürətləndirmək və analitik dəyərin yaranma müddətini azaltmaq.
Məlumat təhlükəsizliyi, məxfilik və normativ tələblərə uyğunluğu təmin etmək.
İnformasiya Təhlükəsizliyi ilə birlikdə girişə nəzarət, şifrələmə və audit çərçivələrini tətbiq etmək.
Data keyfiyyətini, mənşəyini və həyat dövrünü izləmək üçün idarəetmə prosesləri qurmaq.
Bilik və Bacarıqlar
Verilənlər bazası inzibatçılığı (MS SQL, PostgreSQL) və müasir böyük data ekosistemləri üzrə dərin bilik.
Orkestrasiya (Airflow), paylanmış sistemlər (Spark, Kafka) və data saxlanması (Iceberg, MinIO) sahəsində təcrübə.
MLOps alətləri ilə (Dataiku, MLflow, Kubeflow və ya bənzərləri) iş təcrübəsi.
Texniki komandaların qurulması və miqyaslandırılması üzrə uğurlu təcrübə.
Güclü liderlik, kommunikasiya və maraqlı tərəfdaşların idarə olunması bacarıqları.
Dil bilikləri: Azərbaycan, İngilis, Rus
Təhsil və Təcrübə
Kompüter elmləri, informasiya sistemləri və ya əlaqədar sahələr üzrə bakalavr və ya magistr dərəcəsi.
Data/platforma mühəndisliyi sahəsində ən azı 7 il, rəhbərlikdə isə 3 ildən artıq təcrübə.
Bizim Təklifimiz
Peşəkar və multidissiplinar komandada əməkdaşlıq və inkişaf mühiti.
Fərdi və peşəkar inkişaf üçün dəstək və öyrənmə imkanları.
Şirkətin innovativ texnologiyalar və qabaqcıl yanaşmalarla işləmək imkanı.
Şəffaflıq və qarşılıqlı hörmətə əsaslanan korporativ mədəniyyət.
“Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
PASHA Insurance
Finance
PASHA Insurance Azərbaycanda fəaliyyət göstərən aparıcı qeyri-həyat sığorta şirkətlərindən biridir və PASHA Holding tərkibinə daxildir. Şirkət 2006-cı ildə təsis olunub və fəaliyyətini Azərbaycan Mərkəzi Bankının verdiyi lisenziya əsasında həyata keçirir. PASHA Insurance fərdi və korporativ müştərilər üçün geniş spektrli sığorta xidmətləri təqdim edərək bazarda etibarlı və stabil sığortaçı kimi tanınır. Şirkətin məhsul portfelinə avtonəqliyyat sığortası (KASKO və icbari), əmlak sığortası, səyahət sığortası, yük və məsuliyyət sığortası, eləcə də müxtəlif korporativ sığorta həlləri daxildir. PASHA Insurance rəqəmsal xidmətlərin inkişafına, müştəri təcrübəsinin yaxşılaşdırılmasına və beynəlxalq sığorta standartlarının tətbiqinə xüsusi önəm verir və qeyri-həyat sığortası bazarında lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18248
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000