Həkim
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 fevral 2026
Son Tarix: 6 mart 2026
Təsvir
**Müəssisə:**AZƏRSUN HOLDINQ MMC
Azersun Holding haqqında:
Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.
Vəzifə öhdəlikləri:
Xəstələrə tam həcmdə ilkin tibbi yardım göstərmək
İlkin tibbi yardımdan sonra, ehtiyac yarandıqda xəstəni müvafiq xəstəxanaya yönləndirmək
Xəstəxanaların profilini bilmək, xəstənin diaqnozu və vəziyyətinə uyğun olaraq düzgün tibb müəssisəsinə istiqamətləndirmək
Tibb məntəqəsinə müraciət edən xəstələrin qeydiyyatını müvafiq jurnallarda və elektron sistemdə aparmaq
Xəstəlik tarixçələrini, müayinə nəticələrini və müalicə protokollarını incələmək, sağlamlıqla bağlı məsələlərdə birbaşa və ya telefon vasitəsilə məsləhət vermək
İstehsalatda xəsarət alan işçilər barədə onların çalışdıqları müəssisənin məsul şəxslərini dərhal məlumatlandırmaq
Digər tibb müəssisələri ilə koordinasiyalı şəkildə planlı tibbi tədbirlərin icrasında iştirak etmək
Tibbi etika və deontologiya qaydalarına riayət etmək
Tibb sahəsindəki yenilikləri izləmək və ixtisasartırma kurslarında iştirak etmək
Tələblər
Ali tibb təhsili (ümumi tibb, ixtisaslaşmış tibb və ya rezidentura)
Müvafiq ixtisas üzrə diplom və sertifikatların mövcudluğu
Minimum 3 il iş təcrübəsi
Tibbi etika və deontologiya qaydalarını bilmə
İxtisas üzrə müasir diaqnostika və ilkin tibbi yardım metodlarına bələdlik
Kompüter və ofis proqramları üzrə baza bilikləri
Tibbi və digər informasiya sistemləri ilə işləmə bacarığı
Biz nə təklif edirik:
İş yeri: Bakı şəhəri, Azersun Holdinq / Korporativ ofis
İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
Nahar: Şirkət tərəfindən təmin olunur
**Servis xidməti:**Şirkət tərəfindən təmin olunur
Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət
Müraciət:
Tələblərə cavab verdiyiniz halda CV-nizi cv@azersun.com ünvanına göndərməyiniz və ya göstərilən link-ə daxil olaraq hr.azersun.com portalında müraciət etməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “Həkim - 29391 ” qeyd edilməlidir.
Necə Müraciət Etmək Olar
Azersun Holding
Other
Azersun Holding 1991-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə ölkə daxilində və region miqyasında ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahələrində güclü bazar liderinə çevrilmişdir. Şirkət fəaliyyətinin ilk günlərindən etibarən müştərilər, tərəfdaşlar və ümumilikdə Azərbaycan cəmiyyəti ilə qarşılıqlı əməkdaşlığa əsaslanan korporativ sosial məsuliyyət siyasətini ardıcıl şəkildə həyata keçirmişdir. Azersun Holding ölkənin inkişafını yalnız iqtisadi göstəricilərlə məhdudlaşdırmayan, sosial və mədəni dəyərlərin qorunmasını da vacib hesab edən vizyonla fəaliyyət göstərir. Şirkət Azərbaycanın zəngin mədəni irsinin qorunması, təşviqi və gənc nəsillərə ötürülməsini öz missiyasının ayrılmaz hissəsi kimi qəbul edir və bu irsi qlobal mədəni dəyərlər sisteminin mühüm elementi hesab edərək gələcək nəsillər üçün yaşatmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#7572
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+