H&M Vizual Merçendayzinq üzrə Rəhbər – Regional (Azərbaycan və Mərkəzi Asiya)
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 20 fevral 2026
Son Tarix: 20 mart 2026
Təsvir
İş Yeri: Sinteks Şirkətlər Qrupu
İş qrafiki: 5 gün, iş saatı: 09:00-18:00
Vəzifənin təsviri:
H&M-in brend standartlarına uyğun olaraq ölkələr üzrə vizual merçendayzinq (VM) fəaliyyətlərini planlayır, əlaqələndirir və nəzarətdə saxlayır. Hər bir mağazada H&M-in vahid vizual dili və müştəri təcrübəsinin qorunmasını təmin edir. Qlobal VM təlimatlarını yerli icra üçün aydın tapşırıqlara çevirir, işlərin vaxtında tamamlanmasına nəzarət edir, foto-təsdiqlər və auditlər əsasında uyğunluğu yoxlayır və nəticələrə görə təkmilləşdirmə tədbirləri müəyyənləşdirir.
Vəzifə öhdəlikləri:
Standartların idarə olunması və nəzarət
H&M-in qlobal VM təlimatlarına əsaslanaraq regional VM briflərini hazırlamaq; tələbləri sadə, başadüşülən və tətbiq oluna bilən formada təqdim etmək, yerli mağaza formatına uyğunlaşdırmaq.
Vitrinlər, floorset-lər, stil qaydaları, sərgi/kommunikasiya elementləri, qiymət və POS qaydaları daxil olmaqla vahid VM Standartları Təlimatını hazırlamaq, saxlamaq və mütəmadi yeniləmək.
VM uyğunluq sistemini idarə etmək: foto-təsdiq prosesi, yoxlama siyahıları, aylıq auditlər və uyğunsuzluqlar üzrə korrektiv tədbir planları.
Aktivləşdirmə təqvimi və icranın təmin edilməsi
H&M-in regional aktivləşdirmə təqviminə (qlobal kampaniyalar, mövsümi floorset-lər, endirim dövrləri, qiymət və POS materialları) cavabdeh olmaq və təqvimi Satış, Marketinq, Allocation və Logistika komandaları ilə uyğunlaşdırmaq.
Vitrinlərin, floorset-lərin və qiymət/POS materiallarının tam və vaxtında tətbiqini təmin etmək; icraya mane olan səbəbləri operativ şəkildə aradan qaldırmaq (material çatışmazlığı, stok, avadanlıq və fixturlar).
Ölkə və mağaza komandalarının inkişafı (kouçinq)
Ölkə üzrə VM Menecerlərinə rəhbərlik etmək; mağaza VM komandalarını aydın tapşırıqlar, planogramlar və stil nümunələri ilə istiqamətləndirmək.
Praktik təlimlər keçmək: vitrin qurulması, denim/divar təqdimatı, manekenlərin geyimləndirilməsi, qiymət lövhələri, zonalaşdırma, müştəri axınının yönləndirilməsi.
Bacarıqların inkişafını sistemləşdirmək: rüblük qiymətləndirmələr aparmaq, inkişaf planları hazırlamaq, yeni açılışlar üçün ehtiyat kadr bazası formalaşdırmaq.
Yeni açılışlar və yenidənqurma layihələrinə dəstək
Yeni mağazalar və yenidənqurma layihələri üçün VM planı hazırlamaq: zonalaşdırma, fixtur siyahısı, vitrin tələbləri, açılışqabağı yoxlama siyahısı və 1-ci gün üçün floorset planı.
Açılışa hazırlığı təmin etmək (materiallar, manekenlər, işıqlandırma, formalar, POS) və mağazanın təhvil verilmədən əvvəl H&M standartlarına uyğun təqdim olunduğunu təsdiqləmək.
Çarpaz-funksional əməkdaşlıq
Merch/Allocation komandası ilə birlikdə əsas mövzuların mağazada düzgün təqdimatı üçün məhsul ehtiyatını və çeşid dərinliyini təmin etmək; Marketinq ilə kampaniya materiallarını və qiymət mətnlərinin hüquqi uyğunluğunu koordinasiya etmək; Tikinti/İstismar (Facilities) ilə mağaza avadanlıqları və işıqlandırma məsələlərini həll etmək; Loss Prevention ilə isə VM otaqlarının təhlükəsiz və səliqəli saxlanılmasını təmin etmək.
Ünsiyyəti sadə və aydın saxlamaq: bir səhifəlik briflər, vizual nümunələr və dəqiq son tarixlər.
Hesabatlılıq və davamlı təkmilləşdirmə
Həftəlik: vitrin və floorset icrası üzrə foto hesabatlar hazırlamaq, uyğunsuzluqları və görüləcək tədbirləri qeyd etmək.
Aylıq: ölkə və mağaza üzrə VM skor-kartları hazırlamaq; nəticələri satış göstəriciləri ilə əlaqələndirmək (əsas hekayələrin sell-through-u, UPT/ATV təsiri).
Hər aktivləşdirmədən sonra: qısa yekun rəy hazırlamaq — nə uğurlu oldu, növbəti dəfə nəyi daha yaxşı etmək lazımdır.
KPI-lar
VM uyğunluq göstəricisi (audit nəticələri və foto-təsdiq səviyyəsi).
Aktivləşdirmənin vaxtında icrası (OTIF %) — vitrin/floorset-lərin son tarixə qədər tətbiqi və materialların yerində olması.
Qiymət və POS qaydalarına uyğunluq faizi.
Mağaza açılışına hazırlıq faizi (VM elementlərinin tamlığı, 1-ci gün təsdiqi).
VM-in satışa təsiri: əsas hekayələrin ilk 2 həftədə sell-through-u; UPT/ATV-nin baza səviyyə ilə müqayisədə dəyişimi.
Təlim əhatəsi və bacarıq artımı (plan üzrə iştirak və qiymətləndirmə nəticələri).
Məsuliyyət sahələri
Standartların idarə olunması və nəzarət
Aktivləşdirmə təqvimi və icranın təmin edilməsi
Ölkə və mağaza komandalarının inkişafı
Açılışlar və yenidənqurma layihələrinə dəstək
Çarpaz-funksional əməkdaşlıq
Hesabatlılıq və davamlı təkmilləşdirmə
Vəzifə tələbləri:
İş təcrübəsi
Moda pərakəndəsində 5+ il VM təcrübəsi və çoxsaylı mağazalar üzrə idarəetmə; regional və ya çoxölkəli koordinasiya təcrübəsi üstünlükdür.
Komanda idarəçiliyi və kouçinq üzrə sübut olunmuş təcrübə (Ölkə/Sahə VM-ləri və mağaza VM komandaları ilə iş).
Mövsümi aktivləşdirmələr, endirim vitrini və yeni mağaza açılışlarında güclü icra nəticələri.
Peşəkar bacarıqlar və kompetensiyalar
Stil, zonalaşdırma, müştəri axını, fixtur planlaşdırılması və qiymət kommunikasiya üzrə güclü bilik.
Planlama və icraya nəzarət bacarığı; yoxlama siyahıları və foto-təsdiq prosesi ilə rahat işləmək.
Aydın yazılı və vizual kommunikasiya; təlimatları icra edilə bilən tapşırıqlara çevirmək.
Merchendayzinq/allokasiya asılılıqları və mağaza əməliyyatları barədə praktiki anlayış.
MS Office/Slides üzrə səriştə; sadə hesabat və vizual foto-icmal hazırlamaq bacarığı.
Müraciət qaydası:
Xahiş olunur, CV-nizi göstərilən elektron poçt ünvanına göndərin.
Necə Müraciət Etmək Olar
Sinteks Group of Companies
Retail
Sinteks Group of Companies 1996-cı ildə təsis edilmiş və Qafqazla Mərkəzi Asiya regionunda ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biri hesab olunur. Şirkət 300-dən artıq moda, zərgərlik, kosmetika və ev əşyaları brendini idarə edir, həmçinin 10-dan çox kafeteriya filialı ilə fəaliyyət göstərir. Portfelində Alexander McQueen, Armani Exchange, Balenciaga, Gucci, Ralph Lauren, New Yorker, Mango, Next kimi dünya şöhrətli markalar yer alır və şirkət EMPORIUM, SCOOP, BISQUE və ALBATROS kimi özəl konsept mağazaları da yaradıcısıdır. Sinteks pərakəndə satışla yanaşı qida və içki sektorunda da aktivdir — Gloria Jean’s Coffee Shops və Emporium Café kimi məkanlar vasitəsilə müştərilərə xidmət göstərir. 2020-ci ildən etibarən Hom*me brendi ilə ev əşyaları, aksesuarlar və dekorasiya sahəsində də genişlənmişdir. Şirkətin baş ofisi Bakı şəhərində yerləşir və o, regionda moda və lüks pərakəndə satış sahəsində lider mövqeyini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9476
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
1000+