Gömrük və logistik nəzarət üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 5 may 2026
Son Tarix: 19 may 2026
Təsvir
ADY tərəfindən bağlanmış satınalma və xidmət müqavilələrində qeyd edilmiş öhdəliklərin vaxtında icra edilməsi üçün lazım olan sənədləri toplamaq;
Müqavilələr üzrə daxil olan malların adını, texniki göstəricilərini, sayını qaimə və akt üzrə yoxlamaq və həmin müqavilələr üzrə mal axınına nəzarət etmək;
Mərkəzi anbara təhvil verilən mallar və xidmətlər üzrə hazırlanan elektron qaimələrdə qeyd edilən məbləğlərin müqavilənin şərtlərinə uyğunluğunun yoxlandıqdan sonra ödənişə təqdim etmək;
Ödənişə göndərilən müqavilələr üzrə məbləğləri özündə əks etdirən qeydiyyat sisteminə bütün məlumatların vaxtında qeyd edilməsi, qeyd edilən məlumatların doğruluğunu yoxlamaq;
ADY tərəfindən bağlanmış bütün müqavilələr üzrə həm mal axını, həm ödəniş tərəfinin detallı hesabatını hazırlamaq və rəhbərliyə təqdim etmək;
ADY və xarici şirkətlər arasında imzalanmış müqavilələrə əsasən idxal və ixrac ediləcək yüklərə aid gömrük rəsmiləşməsi üçün təqdim edilmiş sənədləri yoxlamaq, aşkar edilmiş nöqsanlar barəsində müvafiq şəxslərə vaxtında məlumat vermək və prosesi izləmək;
Gömrük rəsmiləşməsi üçün təqdim edilmiş sənədlər əsasında bütün növ gömrük bəyannamələrini (idxal, ixrac, təkrar idxal, müvəqqəti idxal, müvəqqəti ixrac, xaricdə emal və.s) tərtib etmək;
AR Dövlət Gömrük Komitəsinin elektron sistemində bəyan etmək, tərtib olunmuş gömrük bəyannamələrinin AR Dövlət Gömrük Komitəsinin elektron sistemində təqib etmək;
Rəsmiləşdirmə başa çatdıqdan sonra malları mərkəzi anbara təhvil vermək, qruppaj olduğu təqdirdə malları qarşılamaq və mərkəzi anbara təhvil vermək;
Maliyyə məktublarını yazıb maliyyə departamentinə təqdim etmək.
Tələblər
Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə);
Gömrük işinin təşkili və logistika ilə bağlı biliklər;
Azərbaycan Respublikasının Gömrük qanunvericiliyi;
Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları;
Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal və ixrac gömrük rüsumlarının dərəcələri barədə biliklər;
Loqistika üzrə yeni beynəlxalq normativlər üzrə biliklər;
Xarici dil: İngilis/Rus dili - yaxşı;
MS Office - yaxşı;
Planlaşdırma bacarığı;
Məlumatların idarə edilməsi bacarığı.
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15710
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+