Ana Səhifə
Vakansiyalar

Əməliyyatlar üzrə mütəxəssis (Bakı Limanı)

Əməliyyatlar üzrə mütəxəssis (Bakı Limanı)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 5 may 2026

Son Tarix: 31 may 2026

Təsvir

  • Bütün növ gəmi əməliyyatlarının, sənədləşməsinin icra olunması və DSX, DGK, XDG və yük sahibləri ilə mütəmadi əlaqəni təşkil etmək;

  • Terminalın ərazisində yükaşırma əməliyyatları zamanı anbarların, keçidlərin və iş yerlərinin xəbərdaredici nişanlar ilə təchiz olunmasını təmin etmək;

  • Tərəzidə çəkilmiş nəqliyyat vasitələrinə nəzarət etmək və sənədləşdirmək;

  • Bütün növ nəqliyyat vasitələrindən işlənən yüklərin lazımi yük sənədlərinin hazırlanmasında iştirak etmək;

  • Yüklərin təhvil-təslim zamanı məlumat vərəqlərini hazırlamaq və müvafiq struktur bölmələrə vermək;

  • Növbə ərzində görülən işlər əsasında "Naryad-tapşırıq" -ı tərtib etmək.

Tələblər

Bilməlidir:

  • Əməyin təhlükəsizliyi qaydalarını;

  • Yükaşırma işlərinin təşkilini;

  • Texniki istismar qaydalarını;

  • Yanğından mühafizənin norma və qaydalarını.

Necə Müraciət Etmək Olar

Azərbaycan Dəmir Yolları

Azərbaycan Dəmir Yolları

Other

Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15709

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Gömrük və logistik nəzarət üzrə mütəxəssis

Tam Ştat

ADY tərəfindən bağlanmış satınalma və xidmət müqavilələrində qeyd edilmiş öhdəliklərin vaxtında icra edilməsi üçün lazım olan sənədləri toplamaq; Müqavilələr üzrə daxil olan malların adını, texniki göstəricilərini, sayını qaimə və akt üzrə yoxlamaq və həmin müqavilələr üzrə mal axınına nəzarət etmək; Mərkəzi anbara təhvil verilən mallar və xidmətlər üzrə hazırlanan elektron qaimələrdə qeyd edilən məbləğlərin müqavilənin şərtlərinə uyğunluğunun yoxlandıqdan sonra ödənişə təqdim etmək; Ödənişə göndərilən müqavilələr üzrə məbləğləri özündə əks etdirən qeydiyyat sisteminə bütün məlumatların vaxtında qeyd edilməsi, qeyd edilən məlumatların doğruluğunu yoxlamaq; ADY tərəfindən bağlanmış bütün müqavilələr üzrə həm mal axını, həm ödəniş tərəfinin detallı hesabatını hazırlamaq və rəhbərliyə təqdim etmək; ADY və xarici şirkətlər arasında imzalanmış müqavilələrə əsasən idxal və ixrac ediləcək yüklərə aid gömrük rəsmiləşməsi üçün təqdim edilmiş sənədləri yoxlamaq, aşkar edilmiş nöqsanlar barəsində müvafiq şəxslərə vaxtında məlumat vermək və prosesi izləmək; Gömrük rəsmiləşməsi üçün təqdim edilmiş sənədlər əsasında bütün növ gömrük bəyannamələrini (idxal, ixrac, təkrar idxal, müvəqqəti idxal, müvəqqəti ixrac, xaricdə emal və.s) tərtib etmək; AR Dövlət Gömrük Komitəsinin elektron sistemində bəyan etmək, tərtib olunmuş gömrük bəyannamələrinin AR Dövlət Gömrük Komitəsinin elektron sistemində təqib etmək; Rəsmiləşdirmə başa çatdıqdan sonra malları mərkəzi anbara təhvil vermək, qruppaj olduğu təqdirdə malları qarşılamaq və mərkəzi anbara təhvil vermək; Maliyyə məktublarını yazıb maliyyə departamentinə təqdim etmək.