Tam Ştat

Direktor

Razılaşma yolu ilə

Yerləşdirilib 19 fevral 2026

Son Tarix: 5 mart 2026

Təsvir

Əsas vəzifə funksiyaları şagirdlərin yaş səviyyəsini və öyrənmə vəziyyətini nəzərə almaqla, tətbiq olunan kurikuluma əsasən dərsin məzmununu və öyrətmə yollarını planlaşdırmaq və buna uyğun olaraq dərsi tədris etmək; müvafiq qiymətləndirmə metodunu müəyyən edib tətbiq etmək və tətbiqin nəticələrini qiymətləndirmək; aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görmək; gündəlik olaraq şagirdlərin inkişafı ilə bağlı müvafiq qeydlər aparmaq; şagirdlərin hərtərəfli inkişafına töhfə vermək; təhsil və təlim çərçivəsində planlaşdırılan digər fəaliyyətlərdə iştirak etmək; məktəbin ümumi prinsipləri və qaydaları çərçivəsində valideynlərlə ünsiyyət qurmaq; şagirdlərə yemək və müxtəlif fəaliyyətlər (tədbirlər, məşqlər, ekskursiyalar və s.) zamanı sinifdənkənar yerlərdə nəzarət etmək; şagirdlərin özünəqulluq fəaliyyətlərinin öyrədilməsində iştirak etmək; özünəqulluq ehtiyacları ilə bağlı zəruri köməklik (paltarların dəyişdirilməsi, tualetə aparılması və s.) göstərmək; şagirdlərin valideynlərdən təhvil alınması və təhvil verilməsinə köməklik etməkdir.

Tədris və planlaşdırma fəaliyyəti

  • Şagirdlərin tədrisini Mərkəzin missiyası, dəyərləri və “Təhsil modeli”nə uyğun təşkil edir.

  • Tədris ilinin əvvəlində fənn üzrə illik və həftəlik planı hazırlayır, metodist müəllimə təqdim edir.

  • Dərs planlarını, qiymətləndirmə vasitələrini, resursları kurikulum və məktəb platformaları əsasında hazırlayır və tətbiq edir.

  • Şagirdlərin fərdi öyrənmə ehtiyaclarını nəzərə alaraq xüsusi dərs planları və əlavə dəstək planları qurur.

  • Tədris prosesində müxtəlif metod və resurslardan istifadə etməklə şagirdlərin mövzuları mənimsəməsini təmin edir.

  • Tədris ilinin əvvəlində diaqnostik qiymətləndirmə həyata keçirir, şagirdlərin məzmun standartlarını mənimsəmə səviyyəsini və öyrənmə ehtiyaclarınını müəyyənləşdirir və “Gündəlik dərs planı”nın strukturunu buna əsasən formalaşdırır.

Qiymətləndirmə və hesabatlılıq

  • Diaqnostik, formativ və summativ qiymətləndirmələri aparır, nəticələri təhlil edir və zəif tərəfləri möhkəmləndirici fəaliyyətlərlə dəstəkləyir.

  • Məktəbin Təhsil Siyasəti sənədinə uyğun olaraq Qiymətləndirmə meyarları, rubriklər və sual bankının hazırlanmasında iştirak edir.

  • Şagirdlərin özünəqulluq fəaliyyətlərinin öyrədilməsində iştirak edir, özünəqulluq ehtiyacları ilə bağlı zəruri köməkliyini (paltarların dəyişdirilməsi, tualetə aparılması və s.) göstərir. Şagirdlərin yaş dövrünə uyğun olaraq özünəqulluq fəaliyyəti ilə bağlı gecikmə olduğu halda valideyn və psixoloji dəstək bölməsi ilə əməkdaşlıq edir.

  • Şagirdlərin valideynlərdən təhvil alınması və təhvil verilməsini təmin edir.

Nəzarət,növbətçilik, əlavə işlər və ictimai fəaliyyətlər

  • Məktəb rəhbərliyi tərəfindən verilən tapşırıqları icra edir, növbətçilik və əvəzləmə fəaliyyətlərində iştirak edir.

  • Ekskursiyalar, sosial tədbirlər, müsabiqələr və imtahanlarda məsuliyyət daşıyır.

  • Komitə və şuralarda iştirak edir, məktəbin daxili və xarici fəaliyyətlərində Mərkəzi təmsil edir.

  • "Növbətçilik proseduru"na uyğun olaraq növbətçilik edir.

  • Mərkəz və/vəya rəsmi qurumlar tərəfindən (Təhsil Nazirliyi, DİM və s. ) elan edilən tarixlərdə təşkil olunan mərkəzi qiymətləndirmə imtahanlarında, olimpiadalarda, yarışlarda və s. Məktəb rəhbərliyinin göstərişinə uyğun olaraq müvafiq formada (şagirdlərin qarşılanması, nəzarətçilik, sualların yoxlanılma və s. işlərdə) iştirak edir.

İnkişaf və əməkdaşlıq

  • İclaslarda aktiv iştirak edir, fəaliyyət hesabatlarını təqdim edir.

  • Gündəlik olaraq məktəb rəhbərliyi tərəfindən elektron mesajların göndərilib göndərilmədiyini yoxlayır və gələn mesajın məzmununa uyğun öhdəlikərini yerinə yetirir.

  • "Valideynlər ilə görüş proseduru"na uyğun olaraq periodik valideynlərlə görüş keçirir.

  • Tədris bacarıqlarını artırmaq üçün təlimlərdə və seminarlarında iştirak edir.

  • İT və digər dəstək bölmələri ilə əməkdaşlıq edir, təklif və nasazlıq bildirişlərini müvafiq qaydada ötürür.

  • Valideyndən birbaşa gələn istək, tələb, şikayət, təklifləri və s. qəbul edir, öz səlahiyyətinə aid olmayan məsələləri Qəbul, marketinq və kommunikasiya bölməsinə yönləndirmək üçün müvafiq Akademik direktor müavinini məlumatlandırır.

  • Komanda işi, müştəri məmnuniyyəti və məktəbin ümumi inkişafına dəstək məqsədilə fəaliyyət göstərir.

  • Mərkəzdaxili fəaliyyətlərin, tədbirlərin, yarışların, olimpiadaların təşkilində aktiv iştirak edir və şagirdləri aktiv iştirak üçün təşviq edir.

  • Fəaliyyət sahəsinə uyğun olaraq Mərkəzi təmsil edir.

  • İlin əvvəlində tədris edəcəyi dərslər ilə bağlı materialları, əyani vəsaitləri və materialları müəyyən edir, müvafiq Akademik Direktor müavininə bildirir.

  • Bütün fəaliyyətini daxili və xarici müştəri məmnuniyyətini nəzərə alaraq həyata keçirir.

  • Akademik direktor müavini və metodist müəllim tərəfindən tapşırılan digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Fizika müəllimliyi ixtisası üzrə bakalavr təhsilinin olması tələb edilir. Magistr dərəcəsi üstünlük hesab edilir.

  • Müəllimlərin Etik Davranış Qaydaları"nı (TN, 2014);

  • Müasir elmi tədqiqatlara əsaslanan təlim prinsipləri, öyrənmə və qiymətləndirmə nəzəriyyələrini;

  • Pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini;

  • Şagird mərkəzli müasir pedaqoji yanaşmaları;

  • 21-ci əsr bacarıqlarını;

  • Effektiv təlim prosesinin təşkilini (effektiv təlim strategiyaları, sinfin effektiv idarəolunması, şagird davranışının idarəolunması ilə bağlı nəzəri-praktiki);

  • Tədris dilinə bağlı yüksək səviyədə (C1) yazılı və şifahi dil biliklərini.

  • Təhsil sahəsində cari qlobal çağırış və təşəbbüsləri və s.

  • Ms Office (Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı;

  • Uşaqlarla səmərəli ünsiyyət qurma, işləmə və oynama;

  • Müxtəlif öyrətmə strategiyalarından və yeni texnoloji alət və vasitələrdən səmərəli istifadə edə bilmə;

  • Effektiv dərs planlaşdırma;

  • Müxtəlif öyrətmə strategiyalarından və yeni texnoloji alət və vasitələrdən səmərəli istifadə edə bilmə;

  • Özü və şagirdləri ilə refleksiya apara bilmə;

  • Layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirak qabiliyyəti;

  • Kritik düşünmə və problem həll etmə;

  • Özünü motivə etmə və öyrənmə;

  • Emosional zəka (EQ);

  • Əməkdaşlıq və yaradıcılıq;

  • Proaktivlik;

  • Səbirlilik və Ədalətlilik;

  • Daxili və xarici müştəri yönümlülük;

  • İnkişaf yönlü düşüncə tərzi (Growth mindset).

Necə Müraciət Etmək Olar

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9281

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Direktor

Bu Şirkətdən Daha Çox Vakansiya

İcraçı direktorun assistenti (xüsusi layihələr üzrə koordinator)

Müqavilə

Ümumi məlumat Təhsil sahəsində fəaliyyət göstərən təşkilatımız İcraçı direktorun assistenti (xüsusi layihələr üzrə koordinator) vəzifəsi üzrə analitik düşüncəli, sistemli işləməyi bacaran və layihə idarəetməsi sahəsində inkişaf etmək istəyən namizədləri birgə əməkdaşlığa dəvət edir. Bu vəzifə yalnız gündəlik icraçı dəstək funksiyası deyil, eyni zamanda təhsil müəssisəsinin inkişafı ilə bağlı konkret layihələrin planlaşdırılması, icrası və nəticələrinin ölçülməsini əhatə edən strateji inkişaf roludur. Vəzifənin əsas məqsədi İcraçı direktorun gündəlik idarəetmə fəaliyyətinə strateji və operativ dəstək göstərmək, xüsusi layihələrin planlaşdırılması, icrası və monitorinqini təmin etmək, rəhbərliyin qərarvermə prosesini dəqiq məlumat, analitika və koordinasiya ilə gücləndirmək və idarəetmə effektivliyinin artırılmasına dəstək göstərmək. Əsas vəzifələr və konkret hədəflər 1. Layihə idarəetməsi və koordinasiya Təhsil, idarəetmə, rəqəmsallaşma, əməliyyat və inkişaf yönümlü layihələrin strukturlaşdırılmış layihə planları əsasında idarə edilməsi Layihə məqsədlərinin, gözlənilən nəticələrin (deliverables) və KPI-ların müəyyən edilməsi Layihə vaxt qrafikinin (timeline), mərhələlərin və məsul şəxslərin təyin edilməsi Resursların koordinasiyası və mərhələli icranın təmin edilməsi Risklərin erkən müəyyən edilməsi və həll yollarının təklif olunması Layihələrin plan üzrə icra faizinin və vaxtında tamamlanma göstəricilərinin izlənməsi Aylıq və rüblük layihə status hesabatlarının hazırlanması və təqdim edilməsi 2. İcraçı direktorun gündəlik idarəetmə dəstəyi İcraçı direktorun gündəlik prioritetlərinin və iş planının idarə olunması İclasların təşkili, gündəliklərin hazırlanması, protokolların aparılması Qərarların icrasına nəzarət və tapşırıqların izlənməsi Qısa, dəqiq və qəraryönümlü arayışların və təqdimatların hazırlanması Rəhbərlik üçün analitik xülasələrin hazırlanması 3. Analitika və hesabatlılıq Layihə və idarəetmə prosesləri üzrə məlumatların toplanması və təhlili Excel əsaslı layihə izləmə cədvəlləri və dashboard-ların hazırlanması Pivot Table, əsas analitik funksiyalar və data vizuallaşdırma alətlərindən istifadə PowerPoint təqdimatlarının hazırlanması Qərarverməni dəstəkləyən analitik materialların hazırlanması 4. Kommunikasiya və proseslərin koordinasiyası Akademik və inzibati bölmələr arasında layihə əsaslı koordinasiya Layihə komandaları ilə müntəzəm görüşlərin təşkili Xarici tərəfdaşlarla layihə çərçivəsində əməkdaşlıq Məxfilik və etik davranış prinsiplərinə ciddi riayət