İcraçı direktorun assistenti (xüsusi layihələr üzrə koordinator)
Müqavilə
Direktor
Razılaşma yolu ilə
Yerləşdirilib 13 fevral 2026
Son Tarix: 15 mart 2026
Təsvir
Ümumi məlumat
Təhsil sahəsində fəaliyyət göstərən təşkilatımız İcraçı direktorun assistenti (xüsusi layihələr üzrə koordinator) vəzifəsi üzrə analitik düşüncəli, sistemli işləməyi bacaran və layihə idarəetməsi sahəsində inkişaf etmək istəyən namizədləri birgə əməkdaşlığa dəvət edir.
Bu vəzifə yalnız gündəlik icraçı dəstək funksiyası deyil, eyni zamanda təhsil müəssisəsinin inkişafı ilə bağlı konkret layihələrin planlaşdırılması, icrası və nəticələrinin ölçülməsini əhatə edən strateji inkişaf roludur.
Vəzifənin əsas məqsədi
İcraçı direktorun gündəlik idarəetmə fəaliyyətinə strateji və operativ dəstək göstərmək, xüsusi layihələrin planlaşdırılması, icrası və monitorinqini təmin etmək, rəhbərliyin qərarvermə prosesini dəqiq məlumat, analitika və koordinasiya ilə gücləndirmək və idarəetmə effektivliyinin artırılmasına dəstək göstərmək.
Əsas vəzifələr və konkret hədəflər
1. Layihə idarəetməsi və koordinasiya
Təhsil, idarəetmə, rəqəmsallaşma, əməliyyat və inkişaf yönümlü layihələrin strukturlaşdırılmış layihə planları əsasında idarə edilməsi
Layihə məqsədlərinin, gözlənilən nəticələrin (deliverables) və KPI-ların müəyyən edilməsi
Layihə vaxt qrafikinin (timeline), mərhələlərin və məsul şəxslərin təyin edilməsi
Resursların koordinasiyası və mərhələli icranın təmin edilməsi
Risklərin erkən müəyyən edilməsi və həll yollarının təklif olunması
Layihələrin plan üzrə icra faizinin və vaxtında tamamlanma göstəricilərinin izlənməsi
Aylıq və rüblük layihə status hesabatlarının hazırlanması və təqdim edilməsi
2. İcraçı direktorun gündəlik idarəetmə dəstəyi
İcraçı direktorun gündəlik prioritetlərinin və iş planının idarə olunması
İclasların təşkili, gündəliklərin hazırlanması, protokolların aparılması
Qərarların icrasına nəzarət və tapşırıqların izlənməsi
Qısa, dəqiq və qəraryönümlü arayışların və təqdimatların hazırlanması
Rəhbərlik üçün analitik xülasələrin hazırlanması
3. Analitika və hesabatlılıq
Layihə və idarəetmə prosesləri üzrə məlumatların toplanması və təhlili
Excel əsaslı layihə izləmə cədvəlləri və dashboard-ların hazırlanması
Pivot Table, əsas analitik funksiyalar və data vizuallaşdırma alətlərindən istifadə
PowerPoint təqdimatlarının hazırlanması
Qərarverməni dəstəkləyən analitik materialların hazırlanması
4. Kommunikasiya və proseslərin koordinasiyası
Akademik və inzibati bölmələr arasında layihə əsaslı koordinasiya
Layihə komandaları ilə müntəzəm görüşlərin təşkili
Xarici tərəfdaşlarla layihə çərçivəsində əməkdaşlıq
Məxfilik və etik davranış prinsiplərinə ciddi riayət
Tələblər
Təhsil və təcrübə
Ali təhsil (idarəetmə, biznes, iqtisadiyyat, təhsil və oxşar sahələr)
Minimum 2 il layihə koordinasiyası, idarəetmə dəstəyi və ya oxşar vəzifədə iş təcrübəsi
Layihə idarəetməsi sahəsində real iştirak təcrübəsi üstünlükdür
Təhsil sahəsində təcrübə və ya bu sahədə uzunmüddətli işləmək istəyi arzuolunandır
Bacarıqlar
Layihəyönümlü düşüncə tərzi (planlama, icra, risk və nəticə fokuslu yanaşma)
Analitik və strukturlaşdırılmış düşünmə bacarığı
Güclü planlaşdırma və prioritetləşdirmə bacarığı
Paralel layihələri idarə etmə bacarığı
Excel üzrə yaxşı səviyyə
Təqdimat bacarığı
Aydın yazılı və şifahi kommunikasiya
Azərbaycan dili – əla, İngilis dili – yaxşı
Problem həll etmə və nəticəyönümlü yanaşma
Məntiqi nəticə çıxarma və əsaslandırılmış qərarvermə
Komanda ilə əməkdaşlıq bacarığı
Dəyişikliyə açıqlıq və adaptasiya qabiliyyəti
Şəxsi keyfiyyətlər
Məsuliyyətli və nəticəyönümlü yanaşma
Proaktivlik və təşəbbüskarlıq
Sistemli işləmə vərdişi
Stress altında işləmə bacarığı
Etik davranış və məxfilik mədəniyyəti
Öyrənməyə və inkişaf etməyə açıq olmaq
Emosional zəka (EQ) və situasiyaya uyğun davranış
Necə Müraciət Etmək Olar
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8786
İş Növü
Müqavilə
Təcrübə Səviyyəsi
Direktor