Fəhlə (Press meydanı)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 13 fevral 2026
Son Tarix: 13 mart 2026
Təsvir
İstehsal dövrünə başlamaq üçün maşınların düzəlişlərini etmək;
Maşınların istehsalata uyğun işlədiyini təmin etmək üçün yoxlamaq;
Maşınla əlaqəli səhvləri və ya çatışmazlıqları aşkar etmək üçün dəyişiklik zamanı baş verə biləcək problemləri həll etmək;
Maşınlarda aşkar olunmuş texniki problemlər barədə rəhbərə məlumat vermək;
Maşın və avadanlıqlara qulluq etmək, təmiz saxlamaq;
Fərdi mühafizə vasitələrinin istifadəsinə diqqət yetirməklə avadanlığın təmizliyini fasiləsiz surətdə aparmaq;
Növbə ərzində baş verə biləcək qüsur, qəzalar, yanğın təhlükəsi haqqında dərhal rəhbərliyə xəbər vermək;
İşin sonunda iş sahəsini və avadanlıqları təmiz və səliqəli şəkildə təhvil vermək;
Pres sahəsində presə veriləcək tələfi və təkrar emalı düzgün bölmək;
Hazır kiplərin çeşidinə görə düzgün qeyd etmək, presləmə zamanı təhlükəsizlik tədbirlərinə riayət etmək;
İş vaxtı aidiyyatı iş yerində olmaq, verilən tapşırığı düzgün və təhlükəsiz yerinə yetirmək.
Tələblər
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək;
Orta təhsil;
Şifahi və yazılı ünsiyyət bacarıqları;
Komandada işləmə bacarığı;
Diqqətlilik;
Məsuliyyətlilik.
Əlavə məlumat:
Növbəli iş qrafiki (gecə növbələri daxil olmaqla) ilə işləməyə hazır olmaq;
İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 95;
Nahar şirkət tərəfindən təmin edilir.
Necə Müraciət Etmək Olar
Prime Cotton
Manufacturing
Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8728
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+