Əyirici operator
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 fevral 2026
Son Tarix: 4 mart 2026
Təsvir
Maşınları kifayət qədər xammal ilə təmin etmək üçün, ilk məhsul nəzarətini və operator aralıq nəzarətini yerinə yetirmək;
İş vaxtı sahə daxilində Növbə rəisi və usta tərəfindən verilən tapşırıqları icra etmək;
Maşınlarda aşkar olunmuş texniki problemlər barədə rəhbərə məlumat vermək;
Maşın və avadanlıqlara qulluq etmək, təmiz saxlamaq;
İş prossesinə iş sahəsinə, növbənin ərazi, avadanlıq baxımından təmiz və səliqəli, avadanlıqların işlək və saz vəziyyətdə təhvil alınmasından başlamaq;
Fərdi mühafizə vasitələrinin istifadəsinə, təhlükəsizlik tədbirlərinə diqqət yetirməklə, avadanlığın təmizliyini fasiləsiz sürətdə aparmaq;
Növbə ərzində baş verə biləcək qüsur, qəzalar, yanğın təhlükəsi haqqında dərhal rəhbərliyə xəbər vermək;
İşin sonunda iş sahəsini və avadanlıqları təmiz və səliqəli şəkildə təhvil vermək.
Tələblər
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək;
Tam orta təhsil;
Şifahi və yazılı ünsiyyət bacarıqları;
Komandada işləmə bacarığı;
Diqqətlilik;
Məsuliyyətlilik.
Əlavə məlumat:
İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 95;
Növbəli iş qrafiki (gecə növbələri daxil olmaqla) ilə işləməyə hazır olmaq;
Xanım namizədlərə üstünlük veriləcək.
Necə Müraciət Etmək Olar
Prime Cotton
Manufacturing
Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#7760
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+