ERP və Proqram Təminatı Şöbəsinin rəhbəri

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 yanvar 2026

Son Tarix: 9 mart 2026

Təsvir

  • ERP və rəqəmsal sistemlərin (ERP, WMS, TMS, DMS, BI və s.) vahid arxitektura üzrə idarə edilməsi təcrübəsi

  • ERP və IT layihələrinin planlaşdırılması, icrası və monitorinqi üzrə bilik və bacarıqlar

  • Sistemlərin stabil, təhlükəsiz və fasiləsiz işləməsinin təmin edilməsi təcrübəsi

  • Biznes tələblərinin toplanması, analizi və texniki tapşırıqlara çevrilməsi bacarığı

  • Müxtəlif sistemlər arasında inteqrasiyalar (API, middleware) və məlumat axınlarının idarə edilməsi bilikləri

  • Master Data və “Single Source of Truth” prinsipi üzrə idarəetmə təcrübəsi

  • Rəqəmsal transformasiya, avtomatlaşdırma və optimallaşdırma layihələrində iştirak təcrübəsi

  • Funksional bölmələrlə (Maliyyə, Logistika, İstehsal, Satış, HR və s.) koordinasiyalı işləmək bacarığı

  • Vendor və xidmət təminatçıları ilə iş, SLA və müqavilələrin idarə edilməsi təcrübəsi

  • ERP və IT büdcəsinin formalaşdırılması, xərclərin optimallaşdırılması və TCO yanaşması üzrə biliklər

  • Komanda idarəetməsi, key user-lərlə iş və bilik bazasının formalaşdırılması bacarığı

  • İnformasiya təhlükəsizliyi, audit və korporativ/qanunvericilik tələbləri üzrə biliklər

  • Risklərin idarə olunması, KPI və performans göstəricilərinin izlənməsi bacarığı

  • Analitik düşüncə, strukturlaşdırılmış yanaşma və rəhbərliyə hesabatvermə bacarığı

Tələblər

  • Təhsil: Ali təhsil (IT, Mühəndislik, İqtisadiyyat və ya Menecment) MBA.

  • Yaş həddi: 30 və yuxarı.

  • İş təcrübəsi və peşəkar biliklər (qısa):

  • IT / ERP sahəsində minimum 7 il, iri ERP layihələrinin idarə edilməsində minimum 3 il təcrübə

  • SAP (S/4HANA, ECC, RISE) və ya Oracle ERP layihələrində iştirak təcrübəsi (üstünlükdür)

  • ERP, WMS/TMS və BI sistemləri ilə kompleks mühitdə iş təcrübəsi

  • İstehsal, logistika və ya holdinq strukturlarında iş təcrübəsi (üstünlükdür)

  • Beynəlxalq, AI və Advanced Analytics layihələrində iştirak təcrübəsi (üstünlükdür)

  • ERP və əlaqəli sistemlər üzrə dərin biliklər: SAP modulları (MM, SD, FI/CO, PP – üstünlükdür), 1C, WMS/TMS, DMS/ECM

  • BI platformaları (Power BI, SAP SAC və s.), data və inteqrasiya texnologiyaları (API, Web Services, SQL, Master Data) üzrə biliklər

  • IT Governance, ITIL/COBIT (arzuolunandır) və layihə idarəetməsi metodologiyaları (PMI, Agile, Hybrid) üzrə biliklər

  • Project Management və SAP sertifikatları — üstünlükdür.

  • Dil bilikləri: Azərbaycan və Rus dillərini sərbəst, İngilis dilini upper-intermediate və ya yuxarı səviyyədə bilməlidir.

  • Ölkə daxili və xarici ezamlara açıq olmalıdır.

- İş şəraiti;

  • İş yeri: Luxen Plaza;

  • İş saatı: saat 09:00-dan 18:00-dək;

  • İstirahət; Şənbə və bazar günləri;

  • Biz nə təklif edirik:

  • Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)

  • Peşəkar inkişaf üçün təlimlər və seminarlar.

  • Dinamik və gənc komanda ilə iş imkanı

Necə Müraciət Etmək Olar

Mətanət A Şirkətlər Qrupu

Mətanət A Şirkətlər Qrupu

Manufacturing

2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#6503

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya