Energetik
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 30 yanvar 2026
Son Tarix: 11 mart 2026
Təsvir
2.1.Müəssisənin elektrik və enerji təsərrüfatının fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək.
2.2. Enerji sistemlərinin (elektrik, su, qaz, istilik, kompressor və s.) iş rejiminə nəzarət və optimallaşdırmaq.
2.3. Elektrik avadanlıqlarının (transformatorlar, paylayıcı qurğular, generatorlar və s.) texniki baxış və xidmət işlərinin təşkil olunması.
2.4. Enerji sərfiyyatının analizi və qənaət məqsədilə tədbirlərin hazırlanması.
2.5. Mövcud enerji xətlərində və avadanlıqlarda nasazlıqların müəyyən edilərək aradan qaldırılması prosesinə rəhbərlik.
2.6. Yeni elektrik avadanlıqlarının və xətlərin quraşdırılması, istismara verilməsi və sınaq işlərində iştirak.
2.7. Enerji sxemlərinin, hesabatların və texniki sənədlərin hazırlanması və yenilənməsi.
2.8. Enerji istehlakının aylıq/illik hesabatlarının hazırlanması.
2.9. Fövqəladə situasiyalarda enerji təchizatının təhlükəsiz söndürülməsi və bərpası prosesinin idarə edilməsi.
2.10. Müəssisənin enerji təsərrüfatına dair normativ tələblərə riayət olunmasına nəzarət.
2.11. İstehsalın fasiləsizliyini təmin etməq məqsədi ilə proflaktik təmir işlərinin planlaşdırılması və onun təşkil edilməsi
2.12. İş yerində əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və sanitariya normalarını qaydalarına ciddi riayət etmək.
2.13. Rəhbərlik tərəfindən vəzifə təlimatına uyğun təyin edilmiş digər tapşırıqların icrası
Tələblər
Təhsil: Ali;
İş təcrübəsi: Minimum 3 il iş təcrübəsi;
İstesalat sahəsində çalışmış namizədlərə üstünlük veriləcəkdir.
İş şəraiti:
İş rejimi: 6 günlük iş rejimi (Şənbə qısaldılmış iş günü)
İstirahət günü: Bazar günü
İş yeri: Ağdağ Gips Zavodu (Qaradağ rayonu, Salyan şossesi, 27-ci km).
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#7020
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000