Əməliyyat və Tənzimləyici Risklərin idarə edilməsi üzrə Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 14 iyun 2026
Təsvir
Bankın bütün yeni və mövcud normativ sənədlərinin və məhsullarının nəzərdən keçirilməsi - potensial qeyri-maliyyə riskinin başvermə ehtimalının yoxlanılması;
Ssenarilərin təhlil edilməsi və Stress testlərin icrası;
Bankın fəaliyyətinin davamlı izlənilməsi və qeyri-maliyyə risklərinin baş vermə ehtimalının təhlil edilməsi;
Risk iştahası bəyannaməsi (RİB) limitlərinin və tolerantlıq səviyyəsinin pozulmasının və statusunun davamlı nəzərdən keçirilməsi;
Insidentlər üzrə müvafiq hesabatlıqların hazırlanması;
Daxili zərər bazasının hazırlanması, gözlənilən itkilərin hesablanması;
Yeni strateji təşəbbüslər, layihələr və xidmətlər üzrə təkliflərdə qeyri-maliyyə risklərinin müəyyən edilməsinə və qiymətləndirilməsinə yekun rəyin verilməsi;
Bank məhsulları ilə bağlı limitlərin təyin edilməsinə dəstək;
Bank-daxili səlahiyyətlərin idarə edilməsi prosesinə nəzarət və səlahiyyət matriksinin vaxtında yenilənməsinə dəstək göstərilməsi;
Səlahiyyət matrisinə səlahiyyətlərin daxil edilməsi üçün əməliyyat təlimatlarının hazırlanması;
Bankın müvafiq funksiyaları üçün qeyri-maliyyə riskləri üzrə tədrisin təmin edilməsi / Risk mədəniyyətinin inkişaf etdirilməsi / risk koordinatorla daimi əməkdaşlıq;
Bankda Risklərin və Nəzarət Mexanizmlərinin Özünü Qiymətləndirmə (RCSA) proyektinin icrası;
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.
Tələblər
Təhsil: İqtisadiyyat, statistika, analitika, risklərin idarəedilməsi, İnformasiya texnologiyaları və ya digər müvafiq sahələrdə bakalavr dərəcəsi;
İş təcrübəsi: minimum 2 il Bank sahəsi üzrə təcrübə;
Biliklər: Risklərin qiymətləndirilməsində təcrübə, Mərkəzi Bank-ın təlimatları ilə işləmə təcrübəsi, proseslərin təhlili, Daxili Nəzarət və ya Audit təcrübəsi arzu olunandır;
Xarici dil: İngilis, Rus (arzuolunandır);
Kompüter Bacarıqları: Microsoft Office;
Digər Bacarıqları: Güclü analitik və problem həll etmə bacarıqları ilə yanaşı risk qiymətləndirmə bacarıqları, qərar qəbul etmə bacarığı, hesabat hazırlama bacarığı, güclü yazılı və şifahi ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
Necə Müraciət Etmək Olar
PASHA Bank
Finance
PASHA Bank Azərbaycanda fəaliyyət göstərən aparıcı korporativ banklardan biridir və əsasən biznes bankçılığı, investisiya həlləri və korporativ maliyyələşmə sahəsində ixtisaslaşıb. Bank 2007-ci ildə yaradılıb və hazırda PASHA Holding tərkibində fəaliyyət göstərir. PASHA Bank iri korporativ müştərilər, kiçik və orta biznes subyektləri üçün kredit, xəzinədarlıq, ticarət maliyyəsi və digər maliyyə xidmətləri təqdim edir. Bank fəaliyyətində innovasiya, etibarlılıq və müştəriyönümlü yanaşma prinsiplərini əsas tutur. PASHA Bank rəqəmsal bankçılıq həllərinin inkişafına, beynəlxalq maliyyə standartlarının tətbiqinə və ölkədə biznes mühitinin inkişafına xüsusi önəm verir. Bank həmçinin Azərbaycanın maliyyə sektorunda iri layihələrin maliyyələşdirilməsində və sahibkarlığın dəstəklənməsində aktiv rol oynayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17190
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+