Ana Səhifə
Vakansiyalar
Satış və Biznesin İnkişafı
Pərakəndə satış meneceri

Əməkhaqqı və Mükafat Sistemləri üzrə Şöbə Müdiri

Əməkhaqqı və Mükafat Sistemləri üzrə Şöbə Müdiri

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 20 iyun 2026

Təsvir

Vəzifənin məqsədi:

Şirkətdə əməkhaqqı, bonus və mükafatlandırma sistemlərinin strateji planlanması, bazar rəqabətliliyinin təmin olunması və performans əsaslı kompensasiya modellərinin qurulmasına rəhbərlik etmək.

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin kompensasiya və mükafatlandırma strategiyasını hazırlamaq və icrasını təmin etmək

  • Əməkhaqqı strukturu (grading, banding) və bonus sistemlərini dizayn və optimizasiya etmək

  • KPI əsaslı mükafat sistemlərinin hazırlanması və tətbiqinə rəhbərlik etmək

  • Salary survey və bazar analizləri əsasında əməkhaqqı rəqabətliliyini təmin etmək

  • Büdcələmə prosesində əməkhaqqı fondu üzrə planlama və nəzarəti həyata keçirmək

  • Performans qiymətləndirmə sistemləri ilə kompensasiya mexanizmlərinin inteqrasiyasını təmin etmək

  • Daxili ədalət (internal equity) və bazar uyğunluğunu (external competitiveness) qorumaq

  • HR analitikası və hesabatlılıq (HC ROI, Cost of Labor və s.) üzrə təhlillər aparmaq

  • Əmək qanunvericiliyi və daxili siyasətlərə uyğunluğun təmin edilməsi

  • Komanda idarəçiliyi və inkişafına rəhbərlik etmək

Tələblər

Təhsil:

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, HR və ya əlaqəli sahələr)

İş təcrübəsi:

  • Ümumi iş təcrübəsi: minimum 5 il

  • Kompensasiya & Benefits sahəsində: minimum 3 il

  • Rəhbər vəzifədə: minimum 2 il

Texniki biliklər:

  • Compensation & Benefits modelləri üzrə dərin bilik

  • Salary grading sistemləri (Hay, Mercer və s.) üzrə təcrübə üstünlükdür

  • KPI və performans əsaslı bonus sistemlərinin qurulması təcrübəsi

  • Excel və HR analitika alətləri üzrə yüksək səviyyədə bilik (SAP təcrübəsi üstünlükdür)

  • Salary survey məlumatları ilə işləmə bacarığı

Necə Müraciət Etmək Olar

OBA Market MMC

OBA Market MMC

Retail

OBA Market MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli “qonşu market” şəbəkəsidir, Veysəloğlu Şirkətlər Qrupuna daxil olaraq 2016-cı ildə pərakəndə bazara yeni-diskont market konsepsiyası ilə daxil olmuşdur. Şəbəkənin əsas məqsədi müştərilərə gündəlik tələbat məhsullarını maksimum aşağı qiymətə və yüksək keyfiyyətlə təqdim etməkdir. 2020-ci ildən etibarən məhsul çeşidini xeyli genişləndirərək öz markaları (PL-Private Label) ilə yanaşı yerli və xarici brendlərin satışını da reallaşdırır. OBA Market vizion olaraq alış-verişdə qənaət və etimad yaradan qonşu market olmağı, missiya olaraq isə əməkdaşlarının sevərək çalışdığı və müştərilərin tez-tez ziyarət etdiyi doğma market olmağı hədəfləyir. Şirkət 2023-cü ilə kimi 1300-dən çox mağaza ilə 500 000-dən artıq müştərilərə xidmət göstərmiş, ölkənin müxtəlif regionlarında geniş şəbəkə ilə fəaliyyət göstərmişdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18187

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Maliyyə Nəzarəti üzrə Böyük Mütəxəssis

Tam Ştat

-       Şirkətin xərcləri və əməliyyat gəlirlərini faktiki göstəricilər əsasında analiz etmək, plan və hədəflərlə müqayisə edərək kənarlaşmaları müəyyənləşdirmək və səbəblərini təhlil etmək -       Xərclərin təyinatına uyğunluğunu yoxlamaq, təxirəsalına biləcək və ya təkrarlanan xərcləri müəyyənləşdirmək, onların strategiyaya təsirini qiymətləndirmək -       Maliyyə əməliyyatlarında nəzarət nöqtələri müəyyən edərək daxili nəzarət sistemlərinin qurulması və tətbiqinə dəstək vermək -       Maliyyə pozuntularını, proses gecikmələrini və uyğunsuzluqları erkən mərhələdə aşkar etmək üçün monitorinq sistemlərini tətbiq etmək -       Aylıq, rüblük və illik hesabatlar hazırlamaq, göstəriciləri vizual (qrafik/cədvəl) formada təqdim edərək rəhbərliyi məlumatlandırmaq -       SAP, ERP və digər maliyyə sistemlərindən alınan məlumatların düzgünlüyünü yoxlamaq, məlumat keyfiyyətini artırmaq üçün avtomatlaşdırma imkanlarını təhlil etmək -       Ödəniş axınları, əməliyyat dövriyyəsi və hesabat proseslərini optimallaşdırmaq üçün inkişaf yönümlü təkliflər irəli sürmək -       Potensial maliyyə risklərini (kənarlaşmalar, əlavə xərclər, ləngimələr və s.) müəyyən etmək və onların qarşısını almaq üçün nəzarət planları hazırlamaq -       Audit və digər nəzarət orqanları ilə əməkdaşlıq çərçivəsində məlumatların vaxtında və şəffaf təqdim edilməsinə nəzarət etmək -       Digər şöbələrlə koordinasiyalı işləyərək məlumatların düzgünlüyünü təmin etmək və qarşılıqlı hesabat axınlarını sistemləşdirmək