Əməkhaqqı üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 17 mart 2026

Son Tarix: 11 aprel 2026

Təsvir

  • Bonus, mükafat, əlavə iş saatı, gecə saatı və bayram günləri üzrə ödənişlərin hesablanması;

  • Məzuniyyət (əmək, ödənişsiz, analıq və s.), ezamiyyət və xəstəlik vərəqələrinin hesablanması;

  • Son haqq-hesabın (işdən çıxma zamanı) düzgün aparılması;

  • Vergi, DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə tutulmaların düzgün hesablanması;

  • Müvafiq dövlət orqanlarına aylıq və rüblük hesabatların hazırlanması və təqdim edilməsi;

  • İcra sənədləri (aliment, kredit və s.) üzrə tutulmaların aparılması;

  • İş vaxtının uçotu tabelinin yoxlanılması və əməkhaqqına inteqrasiyası;

  • Ştat cədvəli və əmək haqqı fondunun nəzarətdə saxlanılması;

  • Məxfi məumatların qorunmasının təmin edilməsi;

  • HR və maliyyə şöbələri ilə koordinasiyalı işləmək;

  • Əmək qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi;

  • Əməkhaqqı üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması.

Tələblər

  • Ali təhsil (Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə);

  • Payroll və ya mühasibatlıq sahəsində minimum 1-3 il iş təcrübəsi;

  • Azərbaycan Respublikasının Əmək qanunvericiliyini yaxşı bilmək və Vergi Məcəlləsi üzrə nəzəri biliklər;

  • MS Excel (xüsusilə formulalar) üzrə yaxşı biliklər;

  • Analitik düşünmə, detallara diqqət;

  • Məsuliyyətli, məxfi məlumatlarla işləmək bacarığı;

  • Komandada işləmə bacarığı.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat

  • Təcrübə 1-3 il

  • Vəzifə dərəcəsi Mütəxəssis

  • Təhsil Bakalavr

  • Əmək haqqı 1000 AZN

  • Artan əmək haqqı

Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.CV-nizi göndərdik-də başlıq mütləq şəkildə qeyd olunsun.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11212

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə