CAD + 3D Texniki Vizual (Hybrid)
Himalay 2022 MMC daxili layihələrin icrası məqsədilə yaradılan Layihə–Konstruktor–Dizayn şöbəsi üçün CAD + 3D Texniki Vizual (Hybrid) vəzifəsi üzrə vakansiya elan edir.
Qeyd: Bu vakansiya outsourcing və ya reklam yönümlü iş deyil. Namizəd real mühəndislik və real layihələr üzərində fəaliyyət göstərəcəkdir.
Vəzifə öhdəlikləri:
Texniki layihələr üzrə 2D CAD çertyojların hazırlanması
Məhsul və mexaniki hissələrin 3D modellərinin və texniki vizuallarının hazırlanması
Ölçülərə, texniki standartlara və istehsal tələblərinə uyğun dizaynın hazırlanması
Layihələrin vizual və texniki baxımdan optimallaşdırılması
Dizayn dəyişikliklərinin operativ icrası
Texniki komanda və mühəndislərlə əməkdaşlıq