Əmək haqqı üzrə mütəxəssis-Mühasib
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 9 may 2026
Təsvir
Araz Supermarketlər Şəbəkəsi "Əmək haqqı üzrə mütəxəssis-Mühasib" vakansiyası üzrə işə qəbul elan edir!
Öhdəliklər
Ay sonu əməkhaqqı hesablamalarının yoxlanılması və təsdiqi
Bonus, mükafat, məzuniyyət və xəstəlik ödənişlərinin yoxlanılması
Əmək haqqı üzrə sənədlərin və hesabatların audit edilməsi
Uyğunsuzluqların aşkar edilməsi və aradan qaldırılması üçün təkliflərin verilməsi
HR və Mühasibatlıq komandası ilə koordinasiyalı işləmək
Əmək qanunvericiliyindəki dəyişiklikləri izləmək və tətbiq etmək
Tələblər
Maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil
Əməkhaqqı hesablamaları və ya mühasibatlıq sahəsində minimum 2-3 il təcrübə
SAP və Excel proqramlarında işləmə bacarığı
Analitik düşüncə, kommunikasiya və yüksək diqqətlilik
İş şəraiti
Nahar ilə təmin edilmə;
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
5 günlük iş qrafiki;
Servis xidməti mövcuddur;
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Əmək haqqı üzrə mütəxəssis-Mühasib” adını mövzu hissəsində qeyd etməklə CV formalarını qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Araz Supermarket MMC
Retail
Araz Supermarket MMC Azərbaycanda fəaliyyət göstərən geniş filial şəbəkəsinə malik supermarketlər şəbəkəsidir. Şirkət müştərilərinə gündəlik tələbat məhsullarını rahat və keyfiyyətli şəkildə təqdim etməyə fokuslanır və fəaliyyətini ölkə üzrə daim genişləndirir. Rəsmi məlumata görə “Araz” supermarketlər şəbəkəsi 12 000-dən çox əməkdaş ilə xidmət göstərir (onlardan 9000+ nəfəri mağazalarda çalışır). “Araz Supermarket” Veysəloğlu Şirkətlər Qrupu tərkibində fəaliyyət göstərir və yerli istehsalçıların dəstəklənməsi, təchizatçı əməkdaşlıqlarının gücləndirilməsi kimi istiqamətlərdə aktiv addımlar atır. Şirkət eyni zamanda pərakəndə satış bazarında karyera imkanları ilə seçilir və müxtəlif sahələr üzrə vakansiyalar təqdim edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13120
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+