Kontent üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 10 may 2026
Təsvir
Araz Supermarketlər Şəbəkəsi "Kontent üzrə mütəxəssis" vakansiyası üzrə işə qəbul elan edir!
Öhdəliklər
Videolara sima kimi çəkilmək
Foto/video çəkilişlərinin kordinasiyası
Brend strategiyasına uyğun aylıq və illik kontent planların hazırlanması
Ssenarilərin yazılması, çəkiliş komandasına brif verilməsi və prosesin koordinasiyası.
Reklam çarxları, sloqanlar, bannerlər, kampaniya mesajları, üçün mətn və bloqların yazılması
Araz Life səhifəsinin idarə edilməsi, müvafiq strukturlarla kordinasiya
Tələblər
TV və ya video məzmun hazırlanması sahəsində minimum 1 il iş təcrübəsi;
Şirkətin daxili və xarici kommunikasiya kanallarında yayımlanacaq videolarda sima olaraq çəkilmək;
Ssenari yazmaq, ideya hazırlamaq və komanda ilə işləmək bacarığı;
Kamera ilə işləmək bacarığı;
Azərbaycan dilində səlis yazı və nitq;
Məsuliyyətli, yaradıcı, təşəbbüskar və çevik olmaq;
İş şəraiti
Nahar ilə təmin edilmə;
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
5 günlük iş qrafiki;
Servis xidməti mövcuddur;
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Kontent üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Araz Supermarket MMC
Retail
Araz Supermarket MMC Azərbaycanda fəaliyyət göstərən geniş filial şəbəkəsinə malik supermarketlər şəbəkəsidir. Şirkət müştərilərinə gündəlik tələbat məhsullarını rahat və keyfiyyətli şəkildə təqdim etməyə fokuslanır və fəaliyyətini ölkə üzrə daim genişləndirir. Rəsmi məlumata görə “Araz” supermarketlər şəbəkəsi 12 000-dən çox əməkdaş ilə xidmət göstərir (onlardan 9000+ nəfəri mağazalarda çalışır). “Araz Supermarket” Veysəloğlu Şirkətlər Qrupu tərkibində fəaliyyət göstərir və yerli istehsalçıların dəstəklənməsi, təchizatçı əməkdaşlıqlarının gücləndirilməsi kimi istiqamətlərdə aktiv addımlar atır. Şirkət eyni zamanda pərakəndə satış bazarında karyera imkanları ilə seçilir və müxtəlif sahələr üzrə vakansiyalar təqdim edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13121
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+