Əmək haqqı üzrə mühasib

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 20 may 2026

Təsvir

  • Ali təhsil (maliyyə, mühasibat uçotu və ya audit);

  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini, maliyyə və mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi yaxşı səviyyədə bilmək;

  • Yüksək səviyyədə kompüter bacarıqları (xüsusilə Excel, Word), 1C;

  • Komandada işləmək bacarığı;

  • Analitik düşüncə qabiliyyəti;

  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarığı;

  • MHBS PMS, F3, sertifikatlarının olması üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Şirkət əməkdaşlarının aylıq əmək haqqılarının hesablanmasını və vaxtında ödənilməsini təmin etmək;

  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasını təmin etmək;

  • Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanması və vaxtında ödənilməsini təmin etmək;

  • Əməkdaşların davamiyyətlərinin yoxlanılması və ona uyğun aylıq iş vaxtının cəmlənmiş uçotu cədvəllərini tərtib etmək;

  • Əmək haqqına dair sorğu və sualların cavablandırılmasını həyata keçirmək;

  • DSMF tərəfindən ödənilən müavinətlərin elektron hökumət sistemində işləmək;

  • Əmək haqqı ilə bağlı Vergilər Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq;

  • Vahid rüblük hesabatın (DSMF)  və statistika hesabatlarını tərtib etmək;

  • İşçi məlumatlarının düzgün axını və saxlanmasını təmin etmək, müvafiq struktur bölmələr arasında koordinasiyaya cavabdeh olmaq (o cümlədən ətraflı hesabatların hazırlanması/paylanması, məsələn, iş saatları, əlavə iş, məzuniyyət balansları, işçilərin sayı və s.).

İş şəraiti:

  • 5 günlük iş qrafiki;

  • Ünvan - Bakı, Hüseynbala Əliyev 32/24

  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Əmək haqqı mühasibi” yazmaqla qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15052

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya