Ana Səhifə
Vakansiyalar

Sahə mühəndisi

Sahə mühəndisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 3 may 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Məsul olduğu sahə üzrə tikinti, quraşdırma işlərini layihəyə uyğun, inşaat norma və qadağalarına riayət etmək şərti ilə vaxtında və keyfiyyətlə bitirmək;

  • Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;

  • Tikinti sahəsində ardıcıllığı qorumaqla işlərin təşkilini edir və material sərfiyyatında normativdən kənarlaşmamasına nəzarət etmək;

  • Təyin edilmiş obyektdə (ərazidə) tikinti – quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə istehsalat planınına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;

  • Tikinti işlərin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;

  • Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək, onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək və onlara iş təlimatını keçmək;

  • Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmçinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilmək.

Tələblər

  • Ali təhsil (İnşaat mühəndisliyi);

  • Azərbaycan dili mükəmməl, rus dili arzuolunandır;

  • Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi;

  • Microsoft Office (Word, Excel, Power Point, Outlook);

  • Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;

  • Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı;

  • Detallara diqqətli yanaşmaq.

İş şəraiti:

  • 6 günlük iş qrafiki;

  • İş yeri: Bakı;

  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Sahə mühəndisi” yazmaqla göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15058

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Sahə memarı

Tam Ştat

Ali təhsil (memarlıq ixtisası üzrə); Sahə üzrə ən azı 2 il iş təcrübəsi; Müasir tikinti norma və qaydalarını bilmək (AzDTN qaydaları əsasında); Archicad, Autocad proqramlarında sərbəst işləmək bacarığı; Azərbaycan və Rus dillərini bilmək. Vəzifə öhdəlikləri: Memari dizayn layihələrini oxuya bilmək və iş paketlərinin hazırlanmasında köməklik göstərmək; Layihədə dəyişikliklərin olunması və edilmiş dəyişikliklərin tikintidə tətbiqinə nəzarət etmək; Tikintidə görülən işlərin keyfiyyətinə nəzarət etmək; Satış üzrə sənədləşməyə dəstək vermək; Çıxarışların alınması üçün zəruri layihələri hazırlamaq; Yerində ölçü alımlarına və metraj hazırlanmasına töhfə vermək; Layihələrin və baş planların lazımi düzəlişlərinin Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun işləyib hazırlamaq. İş şəraiti: 6 günlük iş qrafiki; İş yeri: Bakı şəhəri. Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Sahə memarı” yazmaqla qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.