Sahə memarı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 27 may 2026
Təsvir
Ali təhsil (memarlıq ixtisası üzrə);
Sahə üzrə ən azı 2 il iş təcrübəsi;
Müasir tikinti norma və qaydalarını bilmək (AzDTN qaydaları əsasında);
Archicad, Autocad proqramlarında sərbəst işləmək bacarığı;
Azərbaycan və Rus dillərini bilmək.
Vəzifə öhdəlikləri:
Memari dizayn layihələrini oxuya bilmək və iş paketlərinin hazırlanmasında köməklik göstərmək;
Layihədə dəyişikliklərin olunması və edilmiş dəyişikliklərin tikintidə tətbiqinə nəzarət etmək;
Tikintidə görülən işlərin keyfiyyətinə nəzarət etmək;
Satış üzrə sənədləşməyə dəstək vermək;
Çıxarışların alınması üçün zəruri layihələri hazırlamaq;
Yerində ölçü alımlarına və metraj hazırlanmasına töhfə vermək;
Layihələrin və baş planların lazımi düzəlişlərinin Azərbaycan Respublikası qanunvericiliyin,
şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq
standartların tələblərinə uyğun işləyib hazırlamaq.
İş şəraiti:
6 günlük iş qrafiki;
İş yeri: Bakı şəhəri.
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Sahə memarı” yazmaqla qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Kristal
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15057
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə