Elektromexanik(Qusar)

Manufacturing

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 24 fevral 2026

Son Tarix: 25 mart 2026

Təsvir

  • Elektrik təsərrüfatının saz vəziyyətdə saxlanılması və təhlükəsiz istismarının təmin edilməsi üçün texniki və təşkilati fəaliyyətlərin həyata keçirilməsi

  • Elektrik təsərrüfatına bütün növ (cari, planlı, növbədənkənar) texniki xidmətlərin göstərilməsi və qeydiyyatının aparılması

  • Elektrik təsərrüfatına aid bütün təyinatlı hesabatların hazırlanması

  • Elektrik avadanlıqları və qurğularının gündəlik texniki baxışının, xidmətinin və təmirinin həyata keçirilməsi

  • Avadanlıqların gücünə, texniki göstəricilərinə və istismar rejiminə nəzarətin həyata keçirilməsi

  • Aşkar edilmiş nasazlıqların aradan qaldırılması üçün görüləcək işlərin planlaşdırılması, icrası və müvafiq qaydada sənədləşdirilməsi

  • Elektrik təsərrüfatına aid dövlət sənədlərinin icra edilməsi

  • Qəza hallarının operativ şəkildə aradan qaldırılması

  • Elektrik təsərrüfatı üzrə sınaq və periodik yoxlama işlərinin icra edilməsi

  • Transformator və avtotransformatorların texniki baxışının, xidmətinin və zərurət olduqda müvafiq təmir işlərinin yerinə yetirilməsi

  • Elektrik aparatlarının (avtomatlar, kontaktorlar, rubilniklər və s.) texniki yoxlanılması

  • Elektrik mühərriklərinin təmizlənməsi və izolyasiya müqavimətinin ölçülməsi

Tələblər

  • Elektrik mühəndisliyi üzrə ali və ya orta ixtisas təhsili

  • Sahə üzrə minimum 3 il iş təcrübəsi

  • Elektrik qurğularının istismarı və təhlükəsizlik qaydalarını bilməli

  • Transformatorlar, elektrik mühərrikləri və elektrik aparatları ilə işləmə bacarığı

  • 6 günlük iş rejimi

  • Qıdalanma şirkət tərəfindən təmin olunur

  • Əmək haqqı razılaşma yolu ilə

  • İş yeri Qusar rayonu

Necə Müraciət Etmək Olar

AMOGROUP

AMOGROUP

Manufacturing

AMOGROUP (AMO Corporate Group) 1995-ci ildən fəaliyyət göstərən, əsasən meyvə-tərəvəz məhsullarının idxalı və ixracı, onların yetişdirilməsi və istehsalı, eləcə də HORECA (otel-restoran-kafe) istiqamətində çatdırılma və topdan satış xidmətləri göstərən korporativ şirkətlər qrupudur. Şirkət bu sahədə həm yerli bazara, həm də beynəlxalq tərəfdaşlıqlara fokuslanaraq geniş fəaliyyət spektri qurub. AMOGROUP tərkibində eyni zamanda logistika və beynəlxalq yükdaşıma xidmətləri göstərən şirkətlər də mövcuddur. Rəsmi məlumatlara görə qrupun strukturunda AmoTrade, AmoGrow, AmoDo və AmoTransport kimi istiqamətlər yer alır və şirkət müxtəlif regionlarda fəaliyyətini genişləndirərək dayanıqlı təchizat və xidmət zənciri yaratmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9517

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya