Şirkətin fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan normativ bazanın hazırlanması və tədbiqi;
Şirkətin hüquq və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etmək;
Məhkəmə mubahisələrinin hüquqi nöqteyi nəzərindən həll edilməsi üçün tədbirlər görmək (iddia ərizəsi, apellyasiya və kassasiya şikayəti hazırlamaq və s.);
Şirkətin fəaliyyətinin həyata keçirilməsi məqsədilə lisenziya, icazənin alınması üçün ərizə, tələbnamə və digər sənədlərin hazırlanması;
Hüquqi xarakterli daxili sənədlərin işlənib hazırlanması;
Şirkət daxilində hazırlanan əmr, təlimat, prosedurlar, əsasnamələr, standartlar və digər normativ xarakterli sənədlərin layihələrinin ekspertizasının həyata keçirmək və bu layihələrin hazırlanmasında iştirak etmək;
Qanunvericilikdə dəyişkikiliyin və ehtimal hüquqi risklərin analizi;
Şirkətin rəhbərliyinə imza üçün təqdim edilən əmr, təlimat, müddəa və hüquqi xarakterli digər sənədlərin layihələrinin qanunvericiliyə uyğunluğunu yoxlamaq;
Mülki müqavilələrin layihələrinin hazırlanması; Şirkətə kontragentlər tərəfindən təqdim olunan müqavilə layihələrin qanunvericiliyə uyğunluğunun yoxlanılması;
Zəruri hallarda Şirkət işçilərin işdən azad olunması və ya digər işə keçirilməsi, işçilərin üzərinə inzibati cərimələrin qoyulmasının qanuniliyinin təmin olunmasında insan
resursları şöbəsinə köməklik etmək;
Təşkilatın struktur bölmələrində müqavilə tərtibatı işlərinin yoxlanılması və çatışmamazlıqların aşkarlandığı təqdirdə (müqavilələrin vaxtı-vaxtında imzalanmaması, tərəfmüqabillərlə hesablaşmaların aparılması qaydalarının pozulması, təhvil-təslim qaydaların pozulması və s.) onların aradan qaldırılmasına dair təkliflərin və tədbirlər planının verilməsi;
Hüquqşünasın fəaliyyəti ilə əlaqədar Şirkətin rəhbəri və ya özünün birbaşa rəhbərinin digər tapşırıqlarını yerinə yetirmək.